Yuxarı

ABŞ “İran xalqının xilaskarı kimi” zərbə endirəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ “İran xalqının xilaskarı kimi” zərbə endirəcək

İranda davam edən etirazlar fonunda ABŞ-ın hərbi müdaxiləyə əl atacağı haqda gözləntilər aktuallaşır. İsrailin “İran ballistik raket istehsalına yenidən başlayır” açıqlamaları, Trampın “etirazçılar öldürülərsə, müdaxilə edəcəyik” xəbərdarlıqları, ABŞ hərbi təyyarələri və xüsusi təyinatlı qüvvələrinin 12 günlük müharibədən öncə olduğu kimi, yenə Böyük Britaniya və Almaniyaya köçürülməsi haqda yayılan məlumatlar və respublikaçı senatorların çağırışları diqqəti bu istiqamətə yönəldir.

12 günlük müharibədə İranın nüvə obyektlərini, iddia edildiyi kimi, tamamilə məhv etməyin mümkün olmaması və Tehranın proqramdan imtina etməməsi hərbi müdaxilə ssenarisini yenidən ön plana çıxarmışdı. İran Avropa ilə alternativ nüvə danışıqları masası qurmağa çalışdı, ardınca Vaşinqtona “ədalətli danışıqlar” təklifi göndərdi. Hər iki cəhdin nəticəsiz qalması fonunda nüvə məsələsi ilə bağlı diplomatik həll variantları yerini hərbi ssenarilərə verir.

Lakin İrana hərbi müdaxilənin indi – daxildə etirazların dalğavari şəkildə böyüdüyü vaxt edilməsi ehtimalı birmənalı qarşılanmır. Çünki ABŞ-ın mümkün hərbi müdaxiləsi rejimin xalq etirazına qarşı zorakılığı klassik “xarici düşmən” təbliğatı ilə legitimləşdirmək imkanlarını gücləndirə bilər. Artıq Trampın xəbərdarlığı bu təbliğatda geniş istifadə olunur. Hərçənd, burada ABŞ-ın etirazçıların simasında “İran xalqının xilaskarı” kimi müdaxilə etməsi detalı əhəmiyyətlidir.

12 günlük müharibədə İranda rejimi dəyişməyin mümkün olmaması İsrailin ABŞ-ı razı sala bilməməsindən daha çox, belə bir şəraitin yoxluğundan qaynaqlanırdı və xalq bunu ölkəyə müdaxilə kimi qəbul etdiyi üçün hakimiyyətin ətrafında birləşdi, hətta rejim əleyhdarları da ya çoxluğa qoşuldu, ya da səssiz qalmağa üstünlük verdi. Mövcud şərtlərdə - etirazların zorakılıqla üzləşdiyi, insanların öldürüldüyü vaxtda hərbi müdaxilə İranda xalq tərəfindən nüvə obyektlərinə zərbə yox, onları rejimdən qorumaq kimi qəbul edilə və dəstəklənə bilər. Bu kontekstdə Vaşinqtonun 12 günlük müharibənin “dərslərinə” istinadən, hərbi müdaxilə ssenarisini “xalqın xilaskarı” obrazında tətbiq etməsi ehtimalı güclənir.

Tarix
2026.01.08 / 12:01
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla