Yuxarı

Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General

İranda 28 dekabrda başlayan etirazlar sürətlə yayılmağa başladı. Rejimin sərt cavabı isə böyük qəzəbə səbəb olan vəziyyətə gətirib çıxardı. Ancaq etirazlarda təkmərkəzli liderlik yoxdur. Bu, qısa müddətdə rejimi devirməyi çətinləşdirsə də, uzunmüddətli perspektivdə rejimin legitimliyini zəiflədir.

Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli ekspert, general Yücel Karauz deyib.

Ekspert ABŞ Prezidenti Donald Trampın İrandakı etirazlara müdaxilə etmə ehtimalından da danışıb:

“Fikrimcə, Trampın müdaxiləsi birbaşa olmayacaq. O, İrana qarşı daha sərt sanksiyalar tətbiq edə və ya informasiya müharibəsi başlada bilər. Həmçinin Tramp İrandakı müxalifət və diasporun gücləndirilməsinə şərait yarada bilər.

Qısaca, birbaşa hərbi müdaxilə ehtimalı aşağıdır. Çünki İran bu halda müdaxiləni regional müharibəyə çevirmək riski daşıyır”.

Karauzun fikrincə, İranda rejim qısa müddətdə dağılmayacaq:

“Rejim hələ də güc strukturlarını və maddi gücü əlində saxlayır. Müxalifət isə birlikdə hərəkət etmir və güclü deyil. Ancaq rejim yumşaq güc və legitimlik itkisi yaşayır. Orta müddətdə nəzarətli islahat, elitdaxili çatlar və ya mərhələli avtoritar transformasiya ssenariləri güclənir”.

General Türkiyənin İrandakı gərginliklə bağlı mövqeyi barədə də fikir bildirib:

“Türkiyə hazırda İranla diplomatik danışıqlar aparır. Hətta XİN rəhbəri Hakan Fidan iranlı həmkarı Abbas Arakçı ilə sərhəd təhlükəsizliyi, miqrasiya dalğası riski, regional qeyri-sabitlik kimi bir neçə məsələni müzakirə edib. Ardınca Fidanın ABŞ-ın Ankaradakı səfiri Tomas Barrakla müzakirə aparması Türkiyənin Vaşinqtonla birgə nəzarətli koordinasiya axtardığını da göstərir.

Türkiyənin bu məsələdə 3 əsas mövqeyi var:

Birincisi, müdaxilə etməməkdir. Çünki İranın ərazi bütövlüyü və suverenliyi qorunmalıdır, xarici hərbi müdaxilə regionu gərginliyə sürükləyər.

İkincisi, sabitlik prioritetidir. İranda qarışıqlıq olarsa, PKK/PJAK daha fəallaşar, Türkiyəyə yeni köç dalğası ehtimalı artar, həmçinin enerji və ticarət yolları zərər görə bilər. Yəni Türkiyə üçün əsas məqsəd qarışıqlığın yayılmamasıdır.

Üçüncüsü isə tarazlıq diplomatiyasıdır. Çünki Türkiyə nə İran rejimini tam müdafiə edir, nə də onu devirmək istəyən tərəfdədir. Danışıq yolu ilə, yavaş və nəzarətli dəyişiklik olmasını istəyir.

Türkiyənin mümkün ssenarilərə necə hazırlaşdığına gəldikdə, hazırda Türkiyə sərhədlərini qorumağa hazırlaşır, mümkün köçü hesablayır. Digər tərəfdən, əgər İranda vəziyyət pisləşərsə, bölgədə qarışıqlığın yayılmamasına çalışır və enerji-ticarət üçün başqa yollar axtarır”.

Tarix
2026.01.15 / 09:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Ermənistanla münasibətləri də müzakirə etdik - Meloni

Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək

Azərbaycan İtaliyaya neçə milyard dollar sərmayə qoyub?

Əliyevlə İran böhranını müzakirə etdik - Meloni

Bu ölkə ilə hərbi əməkdaşlıq ümidvericidir - Prezident

Hərbi prokuror Müdafiə Nazirliyində tədbir keçirdi

Meloninin Bakı səfəri başa çatdı

Əliyev və Meloni mətbuata bəyanatla çıxış etdilər

İlham Əliyev Meloni ilə geniş tərkibdə görüşdü

Starmer İrəvanda Azərbaycana qarşı bu sualı rədd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla