Yuxarı

Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı

İnternetin rusdilli seqmentində "Tsargrad.tv" resursundan qaynaqlanan Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan, mənbəyi şübhə doğuran və reallığı əks etdirməyən dezinformasiya xarakterli məlumatlar yayılıb.

Axar.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) açıqlama yayıb.

"Azərbaycana qarşı yönəlmiş, saxta və manipulyativ məzmunlarla ictimai rəyi çaşdırmağa çalışan, Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf almağa xidmət edən bu kimi dezinformasiya əməllərini kəskin şəkildə qınayır və qəbuledilməz olduğunu vurğulayırıq. Azərbaycan və Türkiyə jurnalistlərini, həmçinin media subyektlərini bu cür dezinformasiya cəhdlərinə qarşı prinsipial mövqe sərgiləməyə, mənbəyi təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə və informasiya mühitinin qorunması istiqamətində məsuliyyətli davranmağa çağırırıq", - açıqlamada bildirilib.

MEDİA hər iki ölkənin ictimaiyyətini saxta məlumatlara inanmamağa, yalnız rəsmi qurumların verdiyi açıqlamaları əsas götürməyə çağırıb.

"Agentlik bu kimi halların qarşısının alınması və vahid mövqenin formalaşdırılması məqsədilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti ilə səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcəkdir", - məlumatda qeyd olunub.

Tarix
2026.01.27 / 16:33
Müəllif
Axar.az
Digər xəbərlər

Putin İlham Əliyevə zəng etdi

XİN-dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!

Tramp onun Bakıya səfərini paylaşdı - Foto

KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi

İranın AzTV-ni “düşmən” saymasının cavabı...

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla