Yuxarı

ABŞ-ın İrəvana verdiyi PUA nəyə qadirdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın İrəvana verdiyi PUA nəyə qadirdir?

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin uzunmüddətli təhlükəsizlik əməkdaşlığı və üç illik “Qartal tərəfdaşı” təlimləri çərçivəsində ABŞ-dan müasir “V-BAT” PUA-ları əldə etdiyini bildirib.

Axar.az xəbər verir ki, “Shield Aİ” (“Süni intellektlə işləyən Qalxan”) şirkəti tərəfindən istehsal olunan V-BAT PUA-ları şaquli qalxma və enmə imkanlarına malik kəşfiyyat təyinatlı pilotsuz uçuş aparatıdır.

V-BAT Qara dəniz, Karib dənizi və Yaxın Şərq də daxil olmaqla, bir çox bölgədə əməliyyat məqsədilə yerləşdirilib. Ukraynada isə elektron müharibə (EW) hücumlarına tab gətirə bilib.

V-BAT-ın təkmühərrikli kanallı ventilyatoru ona məhdud məkanlarda şaquli olaraq qalxıb-enmə etməyə, həmçinin asılı vəziyyətdən üfüqi uçuş rejiminə keçməsinə imkan verir. Sistem “Shield Aİ” şirkətinin “Hivemind” (“Arı zehni”) adlı avtonom proqram təminatı ilə işləyir. Proqram vizual odometriya əsasında naviqasiya imkanlarına malikdir. Bu da GPS və rabitə siqnallarının olmadığı mühitlərdə fəaliyyət göstərməyə imkan yaradır.

Kompakt dizaynı və havada qalma qabiliyyəti onu gəmi əməliyyatları və məhdud quru əraziləri üçün uyğun edir. Maksimal sürəti 90 km/saat, uçuş müddəti isə 13 saatdan çoxdur.

Hazırda sözügedən PUA-lardan Braziliya, İndoneziya, Yaponiya, Niderland, ABŞ və Yunanıstan istifadə edir.

Qeyd edək ki, Vikipediya artıq “gələcək istifadəçilər” siyahısına Hindistanla yanaşı, Ermənistanın da adını əlavə edib.

Tarix
2026.02.10 / 13:12
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla