Yuxarı

Bayden Ankaraya heç bir vəd vermədi - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton-Ankara münasibətləri Soyuq müharibəni xatırladır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyəyə səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Ankara hazırda Vaşinqtondan nəinki anlayış gözləyir, strateji müttəfiqliyə sadiq qalmasını, FETÖ liderinin Amerikadan qovulmasını, ən azı indiki mərhələdə nəzarətə alınmasını və Suriyada PKK-nın qanadı olan silahlı kürdlərə dəstək verilməməsini istəyir:

"II Dünya müharibəsindən sonra Türkiyənin SSRİ-dən, daha doğrusu, Stalindən qorunmasına ehtiyac var idi. Çünki bığlı diktator gözünü isti sulara, Bosfor və Dardanel boğazlarına dikmişdi. Belə bir məqamda Vaşinqton Türkiyəni SSRİ-dən qorudu və qardaş dövləti öz təhlükəsizlik çəmbəri altına aldı. Ancaq Soyuq müharibənin bitməsindən 25 il keçib, dünya ikiqütblü deyil və Türkiyənin olmayan SSRİ-dən qorunmaq üçün mütləq mənada ABŞ-ın hərbi və siyasi dəstəyinə ehtiyacı yoxdur".

Görüşdə Ankaranın gözləntiləri ilə bağlı konkret vəd verilmədiyini deyən politoloq Baydenin açıqlamalarının mücərrəd olduğunu bildirib:

"Fikrimcə, bu mərhələdə Ankaranın Bayden və ya Obamadan ciddi gözləntisi qalmayıb. Ankara yanvarda ABŞ-da hakimiyyətə gələcək yeni simaları gözləməlidir. Ancaq yeni prezident də Ağ Evə yiyələnən kimi FETÖ liderini Ankara və ya Türkiyənin başqa şəhərində ciddi rejimli həbsxanaya göndərən deyil. Belə olan halda da Türkiyə ABŞ-dan uzaqlaşmaqda davam edəcək. Bu gedişat isə Rusiyanın işinə yarayacaq. Həqiqətən Soyuq müharibədən əsər-əlamət qalmayıb, dövr və regional şərtlər dəyişib. Ankara isə dəyişən bu şərtlər daxilində yaxın və uzaq qonşularla münasibətlərinə yenidən baxır".

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Co Bayden ötən gün Türkiyəyə səfər edib.

Tarix
2016.08.26 / 09:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla