Yuxarı

Türkiyənin böyük iflas planı: PKK təlaşda

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Yaxın Şərq probleminin nizama salınmasında önəmli rol oynayacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri bildirib ki, Rusiya ilə münasibətlərini qaydaya salan Türkiyə son əməliyyatları ilə kürdlərin dənizdən-dənizə dövlət xəyalını demək olar ki, alt-üst edib:

"Görünür, Sankt-Peterburqda Suriya ilə bağlı hər iki tərəfi qane edən prinsipial razılaşmalar əldə edilib. Türkiyənin Əsədə olan mövqeyi dəyişir. Ankara artıq Əsədin keçid dövrü hökumətində iştirakına normal baxır. Ankaranın hərbi əməliyyatları genişləndirməyə tam haqqı var. Türkiyə Amerikanı inandıra bilib ki, YPG silahlı dəstələrinin strateji məqsədi gələcəkdə Türkiyə sərhədləri boyunca kürd dövlətinin təməlini qoymaqdır. Hərbi əməliyyatlar planı uğurla gedir. Türkiyə kürdlərin dənizdən-dənizə dövlət planını iflasa uğradır. Bu, Türkiyənin gələcək təhlükəsizliyində böyük rol oyanacaq. Hərbi çevrilişə cəhddən sonra türk ordusu möhkəm dayanıb və xaricdə də hərbi əməliyyatları davam etdirmək üçün kifayət qədər potensiala malikdir. Türkiyə ASO ilə birlikdə bu yaxınlarda Rakkanı da mühasirəyə ala bilər. Bu isə İŞİD-in sonu olacaq".

Politoloqun qənaətinə görə, son hadisələr Amerika-Türkiyə münasibətlərinə də təsir göstərəcək:

"İki ölkə arasında əsən soyuq küləklər xeyli səngiyib və güvən məsələsində müəyyən yollar görünür. Bu, Türkiyə-Amerika münasibətlərinin qaydaya salınmasına kömək edəcək".

Tarix
2016.08.27 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla