Yuxarı

Putinin Qarabağ planı: Konkret təkliflər var

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağın tənzimlənməsi üzrə öncə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, daha sonra isə prezidentlərin növbəti görüşü gözlənilir. Ancaq görüşün vaxtı, yeri və gündəliyi hələ məlum deyil. Rusiya xarici işlər nazirinin konkret təklifi var. Bunu Putinin də adına bağlayırlar.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib. Onun sözlərinə görə, hazırda əsas məsələ sözügedən təkliflərin tərəflər üçün nə dərəcədə məqbul olmasıdır:

"Bütün bunların hamısı növbəti görüşlərdə dəqiqləşdiriləcək. Düzdür, təkliflər verilib, ancaq bununla bağlı münasibət bəlli deyil. İndi bu münasibət müəyyənləşəcək. Mövqelər yaxınlaşdırıldığı halda, düşünürəm ki, prezidentlərin görüşü hazırlanacaq. Yox, yaxınlaşdırlmadığı halda onda vəziyyət kifayət qədər mürəkkəbləşəcək. Danışıqlarda tərpəniş olmazsa, payızda vəziyyət gərginləşə bilər".

Qeyd edək ki, iyunun 20-də Sankt-Peterburqda sonuncu görüşdən sonra Ermənistan və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ probleminin tənzimlənməsi üzrə növbəti dəfə Parisdə, daha sonra isə ABŞ-da bir araya gələcəyi gözlənilir.

Bundan öncə isə ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bir araya gələcəklər.

Tarix
2016.08.27 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla