Yuxarı

Naxçıvana hücum sübut etdi: İranda qərar verən qalmayıb!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvana hücum sübut etdi: İranda qərar verən qalmayıb!

“Şərq əl-Əvsat” nəşri SEPAH-ın ətraf ölkələrə hücum etməsinin səbəbinə belə aydınlıq gətirir: “Komandirlərinin öldürüləcəyini əvvəlcədən gözləyən İnqilab Keşikçiləri (SEPAH) ötən şənbə günü ABŞ-İsrail hücumundan əvvəl hərbi hissələrin dözümlülüyünü və qətiyyətini gücləndirmək strategiyasının bir hissəsi olaraq aşağı rütbəli zabitlərə geniş səlahiyyətlər verdi. Bu da səhv hesablamalar və ya müharibənin şiddətlənməsi riskini artırır. Bundan əlavə, orta səviyyəli zabitlərə qonşu ölkələrə hücum etmək səlahiyyəti verilib. Məhz bu hadisədən sonra İran NATO üzvü olan Türkiyəyə ballistik raket atdı”. Hesab edirəm ki, Naxçıvana hücumu da bu kontekstdən dəyərləndirsək, məsələnin əsl mahiyyətini anlaya bilərik.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz qeyd edib.

“ABŞ Prezidenti Donald Tramp İranın yüksək çinli məmurlarına qarşı sui-qəsd əməliyyatlarından sonra bu ölkədə nümunə kimi göstərilə biləcək idarəçilərin qalmadığını bildirmişdi. Hətta etiraf etmişdi ki, səhvən danışıqlar apardığımız rəsmiləri də öldürmüşük, indi kimi hakimiyyətə gətirəcəyimizi belə bilmirik.

Naxçıvana dron hücumları da sübut edir ki, İranda ağlı başında olan normal siyasi və hərbi xadim qalmayıb. Onları əvəz edən təcrübəsiz və bəlkə də MOSSAD-a işləyən yeni rəhbərlər isə hara gəldi, necə gəldi saldırırlar. Eynilə 18-ci əsrdə Osmanlı imperiyasının başsız qalan “dəlilər” hərbi birləşməsi kimi”, - o bildirib.

Tarix
2026.03.06 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla