Yuxarı

Putinin Əliyevə zənginin səbəbləri - Rusiyadan baxış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin Əliyevə zənginin səbəbləri - Rusiyadan baxış

Vladimir Putinin İlham Əliyevə zəngində bir neçə məqam var. Birinci aspekt, ilk növbədə, İran ətrafındakı, Yaxın Şərqdəki gərginlik və bu baxımdan cərəyan edən vəziyyətdir.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Solonnikov deyib.

“Rusiya liderinin azərbaycanlı həmkarına etdiyi zəng hazırda davam edən daha geniş danışıqlar prosesinin bir hissəsi kimi qəbul edilə bilər. Obyektiv olaraq, Rusiya və Azərbaycan qonşudur, Azərbaycan həmçinin İranla həmsərhəddir və ölkələrimizi Xəzər regionu birləşdirir, ona görə də ümumilikdə belə bir zəng anlaşılandır.

Rusiya prezidenti ilə Azərbaycan prezidenti arasındakı telefon danışığının ikinci aspekti ikitərəfli əlaqədir. Bu, həmçinin Azərbaycanın İran ətrafında əvvəlki gərginliklər zamanı da dəfələrlə rusları öz ərazisindən təxliyə etməsinə görə Bakıya minnətdarlığı ifadə edir. Bura həmçinin Azərbaycanın İrana humanitar yardım göndərmək üçün öz ərazisində Rusiyaya şərait yaratması da daxildir. Rusiya və Azərbaycan bunun regionun təhlükəsizliyi və ayaqda qalması, eləcə də ortaq strateji əhəmiyyətli layihələrimizin yaşaması baxımından zəruri olduğunu yaxşı başa düşür.

Bəzi çətinliklərə baxmayaraq, Rusiya və Azərbaycan liderləri hər təmasda tərəflərin strateji tərəfdaşlıq və müttəfiqlik çərçivəsində münasibətlərin inkişafına yönəldiyini bir daha vurğulayır. Azərbaycan prezidenti Qlobal Bakı Forumunda bildirib ki, təhlükəsizlik və sabitlik məsələləri gündəmdə hər zamankından daha çox prioritet olaraq qalmalıdır. Təbii ki, artan çətinliklər qarşısında bu tezis daha da aktuallaşır. Xüsusilə də Rusiya, Azərbaycan və İran kimi qonşular üçün. Allaha şükür, görünür, Naxçıvanda baş verən dron hadisəsindən sonra Bakı və Tehran birgə qərarlar qəbul edib. Çünki ölkələrimiz arasında anlaşma çox, çox vacibdir və münasibətlərimiz bu gün daha da kəskinləşən bu kimi regional çətinliklərlə daha çox sınaqdan keçirilir”, - o bildirib.

Tarix
2026.03.13 / 15:46
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla