61, 62, 64 və 65-ci
hökumətlərdə daxili işlər naziri vəzifəsini tutan Əfqan Ala dünən
sürpriz şəkildə istefa verəndən sonra müxtəlif yozumlar meydana
çıxıb.
Axar.az xəbər verir ki, 3 ildir iqtidarın ən mühüm
vəzifələrindən birini tutan Alanın istefası ilə bağlı Türkiyə
mətbuatında müxtəlif versiyalar irəli sürülür. Bəziləri 17-25
dekabr hadisələrində Alanın 81 vilayət polis idarəsindən 74-nün, 7
min kəşfiyyatçıdan 6.500-nün FETÖ üzvü olduğunu açıqlamasının
hakimiyyət dairələrində narahatlıq yaratdığını iddia edir.
Ayrıca, 15 iyul dövlət çevrilişinə cəhd zamanı prezident və baş
nazir uzun müddət Əfqan Ala ilə əlaqə yarada bilməmişdi. Ala isə
həmin vaxt Ərzurumdan təyyarə ilə Ankaraya gəldiyini iddia
etmişdi.
Qeyd edək ki, Əfqan Alanın istefa qərarı Prezident Rəcəb Tayyib
Ərdoğanla Baş nazir Binəli Yıldırım arasında baş tutan 25 dəqiqəlik
görüşdən sonra məlum olub. Yıldırım 1 dəqiqəlik açıqlamasında
təyinatlar barədə məlumat verib.
"Daxili işlər nazirimiz, Bursadan seçilən millət vəkilimiz Əfqan
Alanın istefası ilə boş qalan vəzifəyə Məşğulluq naziri, Trabzondan
seçilmiş millət vəkili Süleyman Soylu, onun yerinə isə Bursadan
millət vəkili olan Məhməd Müəzzinoğlu seçilib. Vəzifəsini tərk edən
Əfqan Alaya xidmətlərinə görə təşəkkür, yeni nazirlərimizə uğurlar
arzu edirəm".
Bu açıqlamadan öncə, Ərdoğanın dünən Soylu və Müəzzinoğlu ilə
ayrı-ayrılqıda, ictimaiyyətə açıqlanmayan görüşü keçirilib. Bu
görüşdən sonra Əfqan Ala Təhsil Nazirliyində yüksək vəzifə tutan
qardaşı Atif Ala ilə danışaraq istefa verəcəyini deyib.