Yuxarı

İran Ermənistandakı Göy Məsciddə tədbir keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran Ermənistandakı Göy Məsciddə tədbir keçirdi

İran İslam Respublikasının Ermənistandakı səfirliyinin Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə İrəvandakı Göy Məscid Kitabxanasında "Şahnamə" və Firdovsiyə giriş" adlı konfrans keçirilib. Tədbirdə tanınmış İran alimləri, mühazirəçilər, tələbələr və incəsənət nümayəndələri iştirak ediblər.

Axar.az xəbər verir ki, İran səfirliyinin Mədəniyyət Mərkəzinin direktoru Məhəmməd Əsədi Müvahed açılış nitqi edib.

Konfrans bədii çıxışlarla müşayiət olunub. İranlı tələbə "Şahnamə"dən parçalar oxuyub, erməni musiqiçi isə iki xalqın mənəvi yaxınlaşmasının simvoluna çevrilən "Hey İran" kompozisiyasını ifa edib.

Qeyd edək ki, İrəvandakı Göz Məscid Azərbaycan abidəsidir və 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə inşa olunmuşdur. İran o məscidi “restavrasiya” edərək özününküləşdirib və erməni-fars qardaşlığının simvoluna çevirib.

İran analoji “rekonstruksiyanı” Şuşa məscidində də həyata keçirmişdi. Şuşa işğaldan azad edildikdən sonra bu kənar müdaxilələr təmizləndi.

Tarix
2026.05.02 / 22:21
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev iki səfiri qəbul etdi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla