Yuxarı

İrandan Azərbaycana hörmətsizlik - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan Azərbaycana hörmətsizlik - Foto

Tehranda keçirilən 48-ci erməni olimpiya oyunları zamanı açılışda iştirak edən erməni komandasının formalarında Qarabağ separatçılarının "bayraq" adlandırdıqları əski parçası əks olunub.

Axar.az xəbər verir ki, oyunda qondarma "Artsax respublikası"nın yığmasının iştirakına İran mane olmayıb. Oyunların açılış mərasimində İran prezidentinin milli və dini azlıqların işləri üzrə xüsusi yardımçısı Əli Yunisinin də iştirak etdiyi barədə Ölkə.az məlumat yayıb.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin isə İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsini "daxili tədbir" adlandırıb və bunun "dini azlıqlara hörmət əlaməti olaraq təşkil edildiyini" bildirib.

Səfir APA-ya müsahibəsində deyib ki, yarışların təşkilat komitəsi Gürcüstan və Ermənistanı qonaq kimi dəvət edib:

"Bunlardan başqa heç bir ölkə və ya region yarışlarda iştirak etməyib. Hər hansı bir iştirakçı ölkənin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə edilməsi təşkilat komitəsi ilə razılaşdırılmadan həyata keçirilib. Aydındır ki, İran İslam Respublikası idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır və ölkəmizin Qarabağ münaqişəsi barədə siyasəti dəyişməyib. İranın məsul şəxsləri də məhz İranda yaşayan dini azlıqlara hörmət əlaməti olaraq bu tədbirdə iştirak ediblər".

Tarix
2016.09.16 / 13:23
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla