Yuxarı

İbrahimov Bolqarıstan prezidenti ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu Yorkda keçirilən "Concordia" sammiti çərçivəsində Bolqarıstan prezidenti Rosen Plevneliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvlərini qəbul edib. Görüşdə Serbiyanın sabiq prezidenti Boris Tadiç, Bolqarıstanın eks-prezidenti Peter Stoyanov, Bosniya və Herseqovinanın keçmiş baş naziri Zlatko Lagumdziya və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iştirak edib.

Komitənin mətbuat xidmətindən Axa.az-a verilən məlumata görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti müzakirə olunub. Bu ilin noyabr ayında Bosniya və Herseqovinada bir sıra dövlət başçılarının, o cümlədən R. Plevneliyevin iştirakı ilə keçiriləcək Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX ali səviyyəli toplantısı ilə bağlı fikir mübadiləsi aparılıb. V Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyan ali səviyyəli toplantının əhəmiyyəti vurğulanıb. Daha sonra Bolqarıstan prezidenti ilə V Qlobal Bakı Forumuna hazırlıq məsələləri və forumun işini təşkil edəcək mövzular geniş müzakirə edilib.

İki gün davam edəcək sammit çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi üzvlərindən ibarət nümayəndə heyətinin digər rəsmi şəxslər və nüfuzlu siyasətçilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Tarix
2016.09.19 / 19:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla