Yuxarı

MSK sədri MDB nümayəndələri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsini (referendumu) müşahidə etmək üçün Azərbaycanda səfərdə olan MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti sentyabrın 25-də Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüb.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən Axar.az-a bildiriblər ki, ölkəmizdə keçirilən seçki (referendum) proseslərinin müşahidəsində hər zaman yaxından iştirak edən MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyətini salamlayan sədr Məzahir Pənahov ümumxalq səsverməsi ərəfəsində görüşdən məmnunluğunu bildirib. Sədr, həmçinin qeyd edib ki, rəhbərlik etdiyi Mərkəzi Seçki Komissiyası beynəlxalq təşkilatlarla və onların müxtəlif qurumları ilə qarşılıqlı faydalı əməkdaşlığa hər zaman xüsusi əhəmiyyət verir.

Nümayəndə heyətinin üzvləri ümumxalq səsverməsi (referendum) ilə əlaqədar gerçəkləşdirilmiş layihələr və son hazırlıq işləri ilə maraqlanıblar.

Sədr Məzahir Pənahov reallaşdırılmış genişmiqyaslı layihələr və referendumun azad, ədalətli və şəffaf keçirilməsi üçün atılmış addımlar barədə beynəlxalq müşahidəçiləri ətraflı məlumatlandırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Tarix
2016.09.25 / 14:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla