Yuxarı

MDB PA: "Azərbaycan ən yüksək standartlara riayət edir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda seçicilərin ümumxalq səsverməsi (referendum) üçün hər cür şərait yaradılıb.

Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MDB Parlamentlərarası Assambleyasının (MDB PA) müşahidə missiyasının rəhbəri, Rusiya Federal Məclisi Federasiya Şurası sədr müaviniİlyas Umaxanov deyib.

"Referenduma hazırlığın gedişini çox yüksək səviyyədə həyata keçirilmiş hesab etmək olar. Tam aydın görünür ki, Azərbaycan xalqın iradəsinin ifadəsinə yüksək səviyyədə hazırdır", - İ.Umaxanov bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu gün Avropa Şurası və bir sıra digər beynəlxalq təşkilatlar tərəfindən təsdiq edilmiş demokratiya və demokratik prosedurların ən yüksək standartlarına riayət edir.

MDB PA müşahidə missiyasının rəhbəri insanların konstitusiya hüququndan istifadə etməsi üçün hər cür şəraitin yaradıldığını əlavə edib.

"Tam əminəm ki, çox yüksək seçici fəallığı olacaq. Vətəndaşların Azərbaycan cəmiyyətinin demokratik əsaslarının möhkəmləndirilməsinə yönəlmiş dəyişikliklərdən yana səs verməsi üçün hər cür şərait yaradılıb", - İ.Umaxanov.

"Azərbaycan Respublikasının Konstitusiyasındakı bu dəyişikliklər cəmiyyətin inkişafı və demokratikləşməsi probleminə diqqət ayırmağa əsas verir. Bütün bunlar bir sıra həyasız və ikiüzlü ölkələrin müstəqil dövlətlərin suveren işlərinə müdaxiləsi fonunda baş verir. Bunun fonunda Azərbaycan üstün durumda görünür", - o əlavə edib.

Tarix
2016.09.26 / 09:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla