Yuxarı

Azərbaycan yeni snayper hazırlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Sənayesi Nazirliyinin (MSN) konstruktor büroları yeni növ snayper tüfənglərinin hazırlanması üzərində iş aparır.

APA-nın məlumatına görə, MSN ADEX 2016 Beynəlxalq Müdafiə Sərgisində 2 növ yeni snayper tüfəngini nümayiş etdirir.

Nümayiş olunan iri çaplı NST-14,5 mm snayper tüfənginin çəkisi 19 kq, atış məsafəsi 2000 m, hədəfi məhv etmə məsafəsi 1600 m-dir.

NST snayper tüfəngi yığılan qundağa malikdir, qundaqla birlikdə uzunluğu 1 m 90 sm, qundaq yığılanda isə uzunluğu 1 m 60 sm-dir. Tək atışlı sistemə malikdir, darağı 5 güllə tutur. Snayper tüfənginin alov boğanı var ki, atəş zamanı geri təpməni 50% azaldır. Optik nişangahı yerli məhsuldur. NST snayper tüfəngi sıfırdan MSN-in müəssisəsində hazırlanıb.

Sərgidə nümayiş olunan 2-ci yeni snayper tüfəngi "Vaşaq"dır. "Vaşaq" snayper tüfənginin atış məsafəsi 1500 m-dir.

Stenddən onu da bildiriblər ki, MSN növbəti sərgiyə daha çox çeşidlə - yeni növ snayper tüfəngləri və yaradılmış snayper tüfənglərinin təkmilləşdirilmiş versiyaları ilə qatılacaq.

Tarix
2016.09.28 / 13:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla