Yuxarı

Aydın Əliyev gömrük layihələrindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 28-də Filippin Respublikasının Manila şəhərində Ümumdünya Gömrük Təşkilatının Gömrük sahəsində Akademik Araşdırma və İnkişaf üzrə Tərəfdaşlıq Proqramının (PICARD) 11-ci illik Konfransı çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə Filippin Respublikası Maliyyə nazirinin müavini xanım Antonett Tionko arasında ikitərəfli görüş keçirilib.

Axar.az xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ölkəmiz və Azərbaycan gömrük xidməti haqqında ətraflı məlumat verib.

Komitə sədri bildirib ki, 25 il əvvəl yaranmasına baxmayaraq Azərbaycan gömrüyü sürətli inkişaf yolu keçib. Tarixi "İpək Yolu" üzərində yerləşən Azərbaycanın şimal-cənub, şərq-qərb ticarət dəhlizlərini özündə birləşdirdiyini vurğulayan Komitə sədri ölkəmizin tranzit yükdaşımalarındakı rolundan, bu istiqamətdə Azərbaycan gömrük xidmətinin həyata keçirdiyi lahiyələrdən, ticarətin sürətləndirilməsi və asanlaşdırılması istiqamətində atdığı addımlardan, son illərdə həyata keçirilən islahatlardan ətraflı bəhs edib.

Aydın Əliyev Dövlət Gömrük Komitəsinin Hədəf mərkəzi və informasiya texnologiyalarının gömrük sistemində tətbiqi barədə də qarşı tərəfi ətraflı məlumatlandırıb.

Filippin Respublikasının Maliyyə nazirinin müavini xanım Antonett Tionko Azərbaycan nümayəndə heyəti ilə görüşdən məmnunluq duyduğunu ifadə edib. Azərbaycan gömrük xidmətində həyata keçirilən islahatların və inkişaf lahiyələrinin onda böyük maraq doğurduğunu ifadə edən xanım Tionko ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən gömrük sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Tarix
2016.09.28 / 16:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla