Yuxarı

Şirvan parkında top mərmiləri tapıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) sentyabrın 30-da Füzuli və Salyan rayonlarında partlamamış hərbi sursatlar (PHS) aşkarlayıb.

ANAMA-dan Axar.az-a verilən məlumata görə, Füzuli rayonunun Alıxanlı kəndi ərazisində əkin sahəsində 1 ədəd partlamamış tank əleyhinə mina (TM-57) aşkar edilərək götürülüb.

Salyan rayonu ərazisindəki Şirvan Milli Parkının ərazisində isə 5 ədəd partlamamış hərbi sursat (4 ədəd 122 mm-lik top mərmisi (BR-462) və 1 ədəd 100 mm-lik top mərmisi (BR-412) aşkar edilib. Mərmilər ərazidən götürülüb.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 30 sentyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 513 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Tarix
2016.09.30 / 19:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ və Ermənistan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla