Yuxarı

"Azərbaycan bununla dünyaya nümunə ola bilər"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Uruqvay Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, komitə sədri Azərbaycanın dərin tarixi köklərə malik ölkə olduğunu deyib. O, ölkələrimiz arasında ikitərəfli əlaqələrdən danışıb. Respublika əhalisinin 96 faizinin İslam dininə etiqad etdiyini bildirən Mübariz Qurbanlı ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımızın daim yüksək qiymət verdiyini və hörmətlə yanaşdığını, dövlət tərəfindən mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə yardımı göstərildiyini vurğulayıb. Ölkəmizin dünyəvi dövlət olmasına baxmayaraq Prezident İlham Əliyev tərəfindən ayrı-ayrı dini icmalara münasibətdə heç bir fərqin qoyulmadığını önə çəkən komitə sədri məhz bu münasibətin sayəsində Azərbaycanın bu cür zəngin tolerantlıq və multikultural dəyərlərə sahib olduğunu deyib.

Dövlət komitəsinin səlahiyyətləri barədə qonaqlara geniş məlumat verən Mübariz Qurbanlı komitənin dövlətin din siyasətini həyata keçirdiyini, din sahəsində qəbul olunmuş qərarların yerinə yetirilməsinə nəzarət etdiyini bildirib.

Komitə sədri Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsindən danışarkən qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarının iyirmi faizini işğal etməsi nəticəsində İslam dininə aid bütün tarixi abidələr, o cümlədən məscidlər, ziyarətgahlar dağıdılıb. Lakin ölkəmizin paytaxtında ermənilərə məxsus kilsə hələ də qalmaqdadır.

Uruqvay Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Xerardo Amarilya Bakıda keçirilən V Bakı Beynəlxalq Humanitar Forumun əhəmiyyətini vurğulayıb. İnsan hüquqlarının qorunması ilə bağlı problemlərin yaşandığı bir regionda Azərbaycanın digər dinlərə, millətlərə və xalqlara olan tolerant münasibətini bu səviyyədə qoruyub saxlamasını yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycan öz multikultural və tolerant mühitinə görə dünyaya nümunə olacaq ölkədir.

Görüşün sonunda qonaqlara Azərbaycandakı tolerant mühitin əks olunduğu kitablar hədiyyə edilib.

Qonaqlar da öz növbəsində Mübariz Qurbanlıya Uruqvay Parlamentinin medalını təqdim ediblər.

Qeyd edək ki, görüşdə Azərbaycanın Argentinadakı (eyni zamanda Uruqvayda akkreditə olunmuş) səfiri Rəşad Aslanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və digər rəsmi şəxslər iştirak ediblər.

Tarix
2016.09.30 / 20:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla