Yuxarı

Nazir BMT nümayəndəsi ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi üzrə ofisində baş katibin köməkçisi Rəşid Xaliqov ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, görüşdə Azərbaycan və təşkilat arasında əməkdaşlıq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı maraq ifadə olunub.

Rəşid Xaliqov Bakı Beynəlxalq Humanitar Forumunda aparılan müzakirələrin günümüzün aktuallığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini və müasir beynəlxalq çağırışları əks etdirdiyini bildirib, Forumda iştirakdan məmnunluğunu ifadə edib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın dünya ölkələri ilə humanitar sahədə əməkdaşlığın gücləndirilməsi, beynəlxalq miqyasda yardımların göstərilməsi və əlaqələndirilməsinə verdiyi töhfələr haqqında danışıb. O, bu xüsusda XİN-in nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AIDA) fəaliyyəti və həyata keçirdiyi layihələr barədə həmsöhbətinə ətraflı məlumat verib.

Görüşdə, həmçinin humanitar böhranların həll olunması yolları, beynəlxalq inkişaf proqramları və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.

Tarix
2016.10.01 / 01:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla