Yuxarı

Papanın 9 saatlıq Bakı səfərindən gözləntilər…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Papasının sabah baş tutacaq Bakı səfərindən sonra Vatikanla Azərbaycanın mədəni əlaqələri artacaq.

Axar.az xəbər verir ki, bunu Azərbaycan tarixi ilə bağlı Vatikanda saxlanan sənədləri üzə çıxaran tarixçi-alim Fərid Ələkbərli deyib.

Alimin sözlərinə görə, Azərbaycanla vatikan arasındakı əlaqələr hələ Səfəvilər dövründən başlayıb:

"Səfəvilər, Elxanilər dövründən Vatikanla istər siyasi, istərsə mədəni əməkdaşlıq olub. İndiki zamanda biz başqa xalqlar və dinlər arasında qarşılıqlı anlaşmaya nail olmalıyıq. İndi bəzi regionlarda islam aləmi ilə xristian dünyası arasında xoşagəlməz hadisələr baş verir. Mənə elə gəlir ki, Vatikanın da, Azərbaycanın da bu proseslərə təsir etmək imkanı var. Üstəlik, Avropa ilə əlaqələri genişləndirmək, Vatikanla əlaqələri yüksək səviyyədə saxlamaq lazımdır. Vatikan kiçiksə də, demək olar, dünya katoliklərini idarə edən bir dövlətdir. Biz Vatikanla əlaqələri möhkəmləndirirksə, deməli, katolik dünyası ilə münasibətlərimizi möhkəmləndiririk".

Dini məsələlər eksperti Elşad Miri Azadlıq radiosu-na açıqlamasında ötən illər ərzində Vatikanla Azərbaycanın əlaqələrinin yetərincə yaxınlaşdığını deyib:

"Bu gün Azərbaycan Vatikanda hər hansı bir yeri təmir etdirirsə, demək, kiçik yox, daha geniş münasibətlər var. Bizim bəzi qurumlara ordenlər verirlər, təşəkkür edirlər. Azərbaycanda əvvəllər yad icma olan katoliklər burada genişlənib, sayları da artıb. II İohan Pavelin gəlişindən sonrakı kimi, bu səfərdən sonra da dəyişikliklər olacaq. Burada əvvəllər katoliklərin sayı 30-40 nəfər idi, indi minlərlədir".

Xatırladaq ki, 1997-ci ilin sentyabrında Azərbaycan prezidenti Heydər Əliyev Vatikana gedərək, Roma Papası ilə görüşüb. Ardından - 2002-ci ilin mayında Papa II İohan Pavel ilk dəfə Azərbaycana rəsmi səfərə gəlib. Prezident İlham Əliyev də 2005-ci ildə İtaliyaya rəsmi səfərin gedişində Vatikana baş çəkib. O vaxt İlham Əliyevə üstündə II İohan Pavelin şəkli olan xatirə medalı da verilib. 2008-ci ilin martında Vatikanın dövlət katibi, kardinal Tarçisio Bertone Azərbaycana gəlib. Onun səfəri zamanı Bakıda Müqəddəs Məryəm Ana katolik kilsəsinin rəsmi açılışı olub. 2012-ci ilin iyununda birinci xanım Mehriban Əliyeva Romaya gedərək, Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac (Vatikan) arasında "Roma katakombalarının bərpasına dair ikitərəfli saziş" imzalayıb. Prezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva ötən il Vatikanda rəsmi səfərdə də olublar.

Tarix
2016.10.01 / 11:33
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla