Yuxarı

Rusiyalı politoloqdan ilginc çağırış: Bakı sürətli zərbə ilə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ əlindən gələn hər şeyi edəcək ki, Qarabağda hərbi əməliyyatların başlanmasının qarşısını alsın.

Axar.az xəbər verir ki, bunu "Novosti.az" saytına müsahibəsində rusiyalı politoloq Heydər Camal söyləyib. Onun sözlərinə görə, ABŞ-ın buna imkan verməməsinə səbəb Rusiyanın zəifliyidir:

"Rusiya bu gün Qarabağ konfliktinə müdaxilə edəcək və onu Vaşinqtonun dəstəklədiyi istiqamətdə aparmaq gücündə deyil. Vaşinqton yalnız Bakının bu müharibədə məğlubiyyətini dəstəkləyə bilər. Bunun sayəsində Bakı kompromisə getməli və öz suverenliyi ilə tarixi haqlarını qurban verməlidir. ABŞ-ın aydın antiazərbaycan xarakteri daşıyan maraqları Azərbaycan rəhbərliyi və xalqın siyasi iradəsi üçün imperativ olmamalıdır. Rusiyanın Azərbaycan-Ermənistan qarşıdurmasına müdaxilə potensialı zəiflədiyi zaman bu müharibəni başlamaq lazımdır. Azərbaycanın bundan yararlanıb-yararlanmayacağı artıq başqa məsələdir. Azərbaycanın iqtisadi vəziyyəti, digər neft ixrac edən ölkələr kimi, problemli situasiyaya daxil olur. Bu, Azərbaycan hakimiyyətində həddən artıq ehtiyatlılıq yarada bilər. Belə yanaşma səhv olardı. Son toqquşma göstərdi ki, Azərbaycan ordusu Qarabağın taleyini ildırımsürətli zərbə ilə həll edə bilər. Ermənistan isə məğlubiyyətdən yalnız üçüncü qüvvələrin prosesə müdaxiləsi ilə xilas ola bilər".

Tarix
2016.10.03 / 14:42
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla