FETÖ şəbəkəsinin lideri, Pensilvaniyaya sığınan Fətullah
Gülənin erməni mənşəli olması vaxtaşırı olaraq müzakirə
edilir.
Axar.az bununla bağlı geniş araşdırma yazıları verən Ermənistan
KİV-lərindən "Nyus.am"da hələ 2014-cü ilin fevralında dərc edilən
Artur Akopyanın məqalənsini təqdim edir:
"Novosti Armenii" Türkiyə cəmiyyətinin müxtəlif problemlərini
ortaya çıxarır. Bu dəfə söhbət Türkiyənin baş naziri Rəcəb Tayyib
Ərdoğana (Ərdoğan həmin zaman baş nazir idi – red.) vurduğu
zərbələrlə (2013-cü il dekabrın 17-25-də gülənçilərin hökumətə
qarşı korrupsiya ittihamı və yaydıqları gizli səs yazıları nəzərdə
tutulur) beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan erməni
əsilli Fətullah Güləndən gedir.
Gülənin erməni əsilli olması ilə bağlı artıq Türkiyə Tarixi
Cəmiyyətinin keçmiş direktoru Yusuf Qalaçoğlu məlumat verib. Türk
jurnalist Murad Alpərən də araşdırmaları davam etdirərək Gülənin
babalarının erməni əsilli olduğunu və onun babalarının o zaman
(1915-ci ildə) Ərzurum türklərini qırdığını ortaya çıxarıb.
Gülənin türk əsilli olması barədə şübhələr 1999-cu ildə
başlayıb. Türkiyə nəşri "Star" qeyd edir ki, həmin ilin 14 iyununda
polis rəisi Cövdət Saralın rəhbərliyi ilə apardığı araşdırmada
gülənin türk olmadığı üzə çıxıb.
2013-cü ilin 5 iyulunda Türkiyənin "Turkishnews.com" saytı Gülən
haqda bir yazı dərc etdi. Yazıda Gülənin babasının 1915-ci il
hadisələrində İbrahim bəyin yanında çalışdığı deyilir. İddialara
görə, erməni işçiləri ona qarşı çıxarkən İbrahim bəy Gülənin
babasını və bütün ailə üzvlərini öldürüb, daha sonra isə özü
intihar edib. Bu hadisədə yalnız Fətullah Gülənin atası sağ qalıb.
Fətullahın atası şəxsiyyətini gizlədərək 18-19 yaşlarında İspiri
rayonuna yollanıb. Burda müsəlman adı və soyadı götürərək özünə
yeni həyat qurub və evlənib.
Bütün bu olanlardan sonra o, həmişə türkləri qıran erməniləri
lənətləyib və özünü müsəlman elan edib. Ancaq "Mən onları öz
dinləri ilə vurmaq üçün belə bir oğul böyüdürəm (Fətullah nəzərdə
tutulur – red.)" bəyanatından bu adamın məhz erməni olduğu aşkar
görünür.
Gülənin erməni əsilli olduğunun daha bir təsdiqi onun ata-baba
yurdu ilə bağlıdır.
Məlumdur ki, Gülənin babası Van gölü yaxınlığında Hlatada
yaşayan ermənilərin arasından Ərzuruma gəlib. Verilən məlumata
görə, Gülənin babası ailə ləyaqəti ilə bağlı yararan bir məsələ
ucbatından öz ailə üzvləri ilə birgə Ərzuruma köçüb.
"Kapsamhaber" saytı bu haqda maraqlı məlumat dərc edib:
"Gülənin babaları müsəlmanların, o cümlədən, kürdlərin kütləvi
qırılmasında iştirak etdiyi üçün bir müddət qaçıb İrəvanda
gizlənməyə məcbur olub. Lakin öz doğma vətənlərində də onları
müsəlmanları qırmaqda ittiham etdiklərinə görə məcbur olub Ərzuruma
köç ediblər".
Gülənin oğulluğu Eyyub Can və arvadı Əlif Şəfəq də müzakirə
mövzusudur.
Eyyub Can ABŞ-da təhsil alıb, Türkiyəyə qayıtdıqdan sonra
Fətullah Gülənin "Zaman" qəzetində çalışıb. İndi o "Radikal"
nəşrinin baş redaktorudur.
Eyyub Can "erməni soyqırımı"nı tanıyan azsaylı jurnalistlərdən
biridir.
Gülənin xanımı – tanınmış türkiyəli jurnalist Əlif Şəfəqin
anasının erməni olduğu məlumdur. O, uzun müddətdir ki, "Zaman"
qəzetində çalışır.
Onun yazdığı "İstanbul yaramazı" əsəri "erməni soyqırımı"ndan
bəhs edir. Bu əsərə görə o, çoxsaylı təzyiqlərə məruz qalıb, hətta
Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsi (Türk ləyaqətinin
təhqir edilməsi) ilə ittiham olunurdu.
Gülən dini icmasının həm Türkiyədə, həm də onun hüdudlarından
kənarda KİV-ləri, xəstəxanaları, məktəbləri, universitetləri,
fondları, bankları və müəssisələri var.
Fətullah Gülən indi böyük iqtisadi və siyasi fiqurdur. O,
hazırki Türkiyə rejimi üçün təhlükə hesab olunur.
Gülən hərəkatının üzvləri demək olar ki, Türkiyənin bütün
idarələrində böyük vəzifə tutur. "Böyük rüşvət" zərbəsi də bunun
sübutudur.
"News.am" (2014, 4 fevral)