Yuxarı

Koçaryan diplomatiyadan uzaq komikdir - XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şavarş Koçaryan (Ermənistanın xarici işlər nazirinin müavini - red.) bəşəriyyətə qarşı cinayətlər törətmiş, Xocalı soyqırımının törədilməsində bilavasitə iştirak etmiş və Ermənistan vətəndaşlarının öldürülməsinə əmr verən Serj Sarkisyanın hərbi-diktatura rejimini təmsil edir.

Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ş. Koçaryanın səsləndirdiyi son fikirlərə münasibət bildirərkən deyib.

"Biz bir qayda olaraq diplomatiyadan uzaq olan və danışıqlar prosesinin mahiyyətini dərk etməyən Ermənistanın xarici işlər nazirinin komik müavinin sözlərini şərh etmirik. Amma bu dəfə onun nadanlığına və cəfəng fikirlərinə cavab verməyi vacib bildik. Vyana və Sankt-Peterburq görüşlərindən sonra danışıqlar prosesini dövlət başçısına yaraşmayan ən eybəcər yalanlarla və tragikomediya oyunları ilə pozmağa və status-kvonu qorumağa çalışan da məhz Ermənistandakı hərbi-diktatura rejiminin başında duran Serj Sarkisyandır. Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu həmsədrləri də danışıqlar prosesində irəliləyişin əldə olunması, qəbuledilməz hesab etdikləri status-kvonun dəyişdirilməsi üçün lazımi qətiyyət və əzm nümayiş etdirmir və Sarkisyan rejiminə zəruri təzyiqləri göstərmirlər", - deyə qurum rəsmisi bildirib.

Tarix
2016.10.08 / 19:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident İraq Parlamentinin sədrini qəbul etdi

Möhtəşəm plan: Şuşanın “işğal günü”, görün, nə hazırlanır

Prezident Zuhair Əlhartini qəbul etdi

İlham Əliyev müftiləri qəbul etdi

Paşinyan erməniləri “verməməkdə” ittiham etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Ermənistan qoşunları Göyçə gölü ətrafından çıxarılır

Prezident Berl Lazarı qəbul etdi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla