Yuxarı

Bütün bunlar Əliyevin uğurlarıdır - Səməd Seyidov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bütün bunlar Əliyevin uğurlarıdır - Səməd Seyidov

Azərbaycanın nümayəndə heyətləri bütün beynəlxalq təşkilatlarda ölkəmizin haqq işini müdafiə edib, edir və bundan sonra da edəcək. Bu gün Avropa Şurası Parlament Assambleyasının Büro iclasında da Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, ölkəmizin haqq işi ilə bağlı məsələlər qaldırılıb.

Axar.az xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov jurnalistlərə müsahibəsində bildirib.

S.Seyidov qeyd edib ki, Azərbaycan qarşılıqlı hörmət əsasında bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırdır. Bu gün Azərbaycanın rolu, mövqeyi diqqət mərkəzindədir, çünki Azərbaycan güclü dövlətə çevrilib. Artıq bu gücü, nüfuzu, təsir imkanlarını nəzərə almamaq mümkün deyil. Bu gün təkcə Avropa Parlamenti deyil, ümumiyyətlə bütün mötəbər beynəlxalq təşkilatlar Azərbaycanla əməkdaşlıq etməyə çalışırlar və biz bunu yüksək qiymətləndiririk. Ancaq bu əməkdaşlıq sadəcə əməkdaşlıq deyil, o Azərbaycanın haqq sözünün çatdırılması istiqamətində işdır.

Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bir neçə gün bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdiyi kimi, ölkəmizin mövqeyinin müdafiəsi istiqamətində aparılan yüksək fəaliyyət bizim üçün prioritetdir. Biz çalışırıq fəaliyyətimizi məhz Prezidentimizin müəyyən etdiyi istiqamətdə aparaq. Bütün bunlar dövlətimizin başçısının apardığı xarici siyasətin müvəffəqiyyətidir. Xarici siyasət daxili siyasətin davamıdır. Hər iki istiqamətdə Azərbaycanın nailiyyətləri göz qabağındadır. Son günlərdə keçirilən beynəlxalq forumlar, Roma Papasının, xarici ölkələrin dövlət başçılarının, digər yüksək səviyyəli nümayəndələrin Azərbaycana səfərləri ölkəmiz ilə əlaqələrin qurulmasının hər kəs üçün vacib olduğunu bir daha sübut edir.

Beynəlxalq təşkilatlar arasında Azərbaycanla münasibət, konstruktiv əlaqələr qurmaq artıq prioritet təşkil edir. Ancaq Azərbaycana qarşı mənfi cəhdlər də istisna deyil, belə cəhdlərin qarşısını almaq üçün dövlətimizin başçısının ətrafında möhkəm birləşərək mübarizə aparacağıq.

S.Seyidov bildirib ki, Azərbaycan regionda lider dövlətdir. Azərbaycanın mövqeyini hər kəs qəbul etməlidir. Bu gün Azərbaycan öz maraqlarını prioritet kimi ortaya qoyan bir dövlətdir. Ölkəmizin prioritet maraqları beynəlxalq təşkilatlar tərəfindən qəbul olunur.

Tarix
2016.10.11 / 01:23
Müəllif
Axar.az
Digər xəbərlər

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video

Zəngəzur dəhlizi ilə bir neçə məqsədə nail olacağıq

Bu ölkə ilə ilk siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlı kapitan Ukraynada həlak oldu - Foto

Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla