Yuxarı

Lətif Hüseynov AİHM-in hakimi seçildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən növbəti payız sessiyası çərçivəsində qurumun bugünkü plenar iclasında Azərbaycan və Keçmiş Yuqoslaviya Respublikası Makedoniya üzrə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) hakim seçkiləri keçirilib. Bu gün səhər saatlarından başlayıb gün ərzində davam edən seçkilərdə Assambleya üzvləri səs çoxluğu ilə Lətif Hüseynovu Azərbaycan üzrə hakim vəzifəsinə layiq görüblər.

APA-nın məlumatına görə, səsvermələrdə qalib gəlmiş Lətif Hüseynov AŞPA üzvlərinin 134 səsini qazanıb. Azərbaycandan olan digər namizədlər Kəmalə Abıyeva 35 səs, Rövşən İsmayılov isə 9 səs toplaya biliblər. Ümumilikdə keçirilmiş seçkilərdə 203 parlamentar iştirak edib, onlardan cəmi 25-i bitərəf qalıb.

Avropa İnsan Haqları Konvesiyasının 14-cü Protokoluna əsasən Lətif Hüseynov mandatı yenilənməməklə bu vəzifəsini 9 il müddətinə icra edəcək. O, bu vəzifəsinin icrasına üç aydan sonra başlayacaq.

Hüquq üzrə elmlər doktoru Lətif Hüseynov 1964-ci ilin 1 fevralında Azərbaycanın Ağdam şəhərində anadan olub. O, uzun illər Azərbaycanın ali təhsil ocaqlarında, Elmlər Akademiyasında hüquq elmləri üzrə professor kimi fəaliyyət göstərib. 2001-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışıb.

Lətif Hüseynov eyni zamanda, Avropa Şurası (AŞ) və BMT qurumlarında təmsil olunub və mühüm vəzifələr tutub. O, 2003-cü ildən AŞ-nın Venesiya Komitəsinin üzvüdür. 2004-2015-ci illər arasında AŞ-nın İşgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə avropa komitəsinin üzvü, 2011-ci ildən 2015-ci ilədək isə bu qurumun sədri vəzifəsini icra edib.

Xatırladaq ki, AŞPA-nın AHİM-nə Hakimlərin Seçilməsi Komitəsinin sentyabrın 29-30-da Parisdə keçirilmiş iclasında Azərbaycan hökumətinin göndərdiyi üç nəfərdən ibarət namizədlər siyahısı qəbul olunmuş və AŞPA-ya göndərilmişdi. Komitə hər üç namizədlə apardığı dinləmələrdən sonra Lətif Hüseynovu Azərbaycanı AİHM-də təmsil edəcək yeni hakim vəzifəsinə ən uyğun namizəd kimi tövsiyə etmişdi.

Qeyd edək ki, bundan əvvəl 2 dəfə - ötən il iyunun 15-də və bu il yanvarın 24-də AŞPA Azərbaycandan göndərilən namizədlərin siyahısını geri qaytarmışdı.

2003-cü ilin aprel ayının 2-dən AİHM-nin Azərbaycan üzrə hakimi vəzifəsini Xanlar Hacıyev icra edir.

Tarix
2016.10.11 / 21:16
Müəllif
Axar.az
Digər xəbərlər

Ağdamdakı tarixi məsciddən - Video

İlham Əliyev İraq prezidentinə başsağlığı verdi

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi

Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto

Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi

Bakı MDB iclasından niyə imtina etdi? - Lebedev

Rəsmi Bakıdan İsrail-Suriya qarşıdurmasına münasibət

Prezident Xocalıda bu ailənin qonağı oldu - Fotolar

Türkiyədəki bu hadisədən nəticə çıxarmalıyıq - Camalqızı

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla