Yuxarı

Şeyx: “İnsanlar küçələrə çıxırdı”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın vaxtlarda Azərbaycanda zəruri yerlərdə yeni məscidlər istifadəyə veriləcək.

Report xəbər verir ki, bunu jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, əvvəllər ölkədə məscidlərin sayı az idi:

"Ona görə də insanlar Aşura günündə küçələrə çıxırdı. Amma bu gün Azərbaycanda kifayət qədər məscid var. Bu baxımdan insanlara Aşura mərasimlərini məscidlərdə keçirməyi tövsiyə etmişik. Hazırda bu şəkildə də davam edir".

QMİ sədri bildirib ki, bu gün "Təzəpir" məscidində keçirilən qanvermə aksiyasında bütün sünnilərin müftisi hacı Salman Musayev iştirak edib:

"Digər məscidlərdə də sünnilərlə şiələr bir yerdə qanvermə aksiyasına, Aşura mərasimlərinə qatılıblar".

Tarix
2016.10.12 / 13:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla