Yuxarı

Krım hakimiyyətinin 20 faizi tatarlara verildi – Son dəqiqə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krım Parlamenti hökumətdəki yerlərin 20%-ni tatarlara verəcəyini vəd edib.

"Axar.az" xəbər verir ki, bu informasiya ilə Ukrayna mətbuatı çıxış edib.

Parlamentdə tatar dilinin rus və ukrayn dilindən sonra Krımda öz statusunun olacağı ilə bağlı qərar qəbul edilib. Qərara əsasən Krım Tatar Məclisi də parlament tərəfindən leqallaşdırılıb. Qərarın lehinə 81 deputat səs verib.

Səsvermə zamanı Tatarıstan Prezidenti Rustəm Minnaxanov da iştirak edib. Krım Tatar Məclisinin rəhbəri Refat Çubarov isə parlamentə gəlməkdən birmənalı olaraq imtina edib.

Qeyd edək ki, bir müddət öncə Refat Çubarov tatarları Krımda keçiriləcək referendumu boykot etməyə çağırmışdı.

Tarix
2014.03.11 / 15:12
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla