Yuxarı

Millət vəkilləri Avstraliyada Qarabağdan danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkilləri Avstraliyada Qarabağdan danışdı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, millət vəkili Asim Mollazadə, Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov, Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Xanlar Fətiyev, Qərbi Avstraliyadakı fəxri konsulumuz Aydan Rzayevanın iştirakı ilə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Avstraliyanın Pert şəhərində keçirilən təntənəli mərasim başa çatıb.

Axar.az xəbər ki, nümayəndə heyəti tədbirdə Azərbaycanın 25 il əvvəl bərpa edilən müstəqilliyinin möhkəmləndirilməsi, ötən müddətdə ölkəmizin beynəlxalq aləmdəki rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verib.

Tədbirdə Avstraliya parlamentinin parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sabiq sədri Lyuk Simpkins, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Con Hammond, Qərbi Avstraliya parlamentinin deputati Elizabet Behjat çıxış edərək Azərbaycan nümayəndə heyətini dövlət müstəqilliyimizin bərpasının 25 illiyi ilə əlaqədar təbrik ediblər və ölkəmiz haqqında xoş sözlər deyiblər.

Səfər çərçivəsində Azərbaycanın millət vəkilləri Qərbi Avstraliya Evinin və Qərbi Avstraliya Senatının spikerləri ilə görüşüblər.

Asim Mollazadə həmkarları ilə birlikdə Avstraliya Senatının və Nümayəndələr Palatasının spikerləri Barri Haus və Maykl Sazerlendin başçılıq etdikləri nümayəndə heyəti, həmçinin bu ölkənin ticarət və investisiya naziri Stiv Siobo, xarici işlər naziri Culia Bişop, immiqrasiya nazirinin köməkçisi Hon Aleks Hokla ilə görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, siyasi, iqtisadi əlaqələrin inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət, turizm, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tarix
2016.10.19 / 11:54
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

Paşinyan Papa ilə görüşdü: Bakı ilə sülh sazişi...

Türk NATO-suna xeyir-dua verildi - ABŞ hərəkətə keçdi

Mehdiyevin əsas adamlarından biri danışdı

Mehdiyevin yanında o qalır, bazarlığı da mən edirəm...

AZAL təyyarəsi dayanacağa yedəkdə aparılıb - TASS

Şayiələr gəzir ki, Ramiz Mehdiyev… - Erməni politoloq

Ramiz Mehdiyevin oğlu ilə bağlı qərar verilir

AZAL təyyarəsi havada 3 saat dövrə vurdu - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla