Yuxarı

Metropolitendən dükanların ləğvi ilə bağlı açıqlama - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteni metro stansiyalarının keçidlərindəki mağazaların ləğv olunmasına etiraz olaraq bu gün bir qrup şəxsin aksiya keçirməsi ilə bağlı məlumat yayıb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Prezidentin 27 fevral 2014-cü il tarixli 289 saylı sərəncamına əsasən, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

"Metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi qarşıya qoyulan ən əsas məqsədlərdəndir.

Bu sahədə həyata keçirilən tədbirlər çərçivəsində müəyyən edilib ki, Metropolitenin stansiyalarının ərazisi ayrı-ayrı şəxslərə ticarət və digər məqsədlərlə icarəyə verilib. Hazırda icarə müqavilələrinin müddəti bitdiyindən həmin şəxslərə müqavilələrin müddətinin qanunvericiliyə uyğun olaraq uzadılmayacağı barədə xəbərdarlıq edilib", - deyə məlumatda bildirilib.

Tarix
2014.03.11 / 19:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla