Yuxarı

Allahşükür Paşazadə İordaniyada - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İordaniya kralı Əlahəzrət II Abdullahın himayəsi altında oktyabrın 23-də Əməndə keçirilən Al əl-Beyt İslam Fikri Akademiyasının "Peyğəmbər Salavatullahın həyatındakı tarixi hadisələrin cədvəlinə doğru" mövzusuna həsr olunmuş XVII konfransında iştirak edib.

QMİ-nin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, 35 islam dövlətindən nümayəndələrin iştirak etdiyi tədbirdə Şeyxülislam Allahşükür Paşazadə çıxış edib. O, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kralı Əlahəzrət II Abdullaha və tədbir iştirakçılarına salamlarını çatdırıb.

Kralın himayə etdiyi Al əl-Beyt İslam Fikri Akademiyasının dünyada İslamın təbliği, onun ümumbəşəri əhəmiyyətli dəyərlərinin təbliği, dinlərarası əməkdaşlıq və məzhəblərarası yaxınlaşma yolunda uğurlu səylərinin böyük önəm kəsb etdiyini bildirən QMİ sədri Azərbaycanda bütün səmavi dinlərin ardıcıllarının sülh şəraitində birgə yaşadıqlarını, bütün dinlər üçün dövlət tərəfindən bərabər şəraitin yaradıldığını diqqətə çatdırıb.

Səfər çərçivəsində QMİ sədrinin İordaniya rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Tarix
2016.10.24 / 01:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla