Yuxarı

Putilov: “Türkmanlar əsil azərbaycanlılardır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Osmanlı dövlətinin çökməsindən sonra I Dünya müharibəsinin nəticəsi kimi o ərazilər bölüşdürülərkən hər hansı bir etnik mənsubiyyət nəzərə alınmadan torpaqlar parçalandı. Bununla da türkmanlar bir-birindən ayrı düşdü.

Axar.az xəbər verir ki, bunu tarixçi Kərəm Hətəmoğlu öz milli kimliklərini itirməyən türkmanlar haqda ATV-də yayımlanan "Həftə sonu"na danışarkən deyib. O, türkmanların azərbaycanlı olduğunu qeyd edərək, onların "azərbaycanlı" adlandırılması gərəkdiyini bildirib:

"O vaxt sovet hakimiyyəti illərində Putilov adlı etnoqrafın gözəl bir əsəri vardı: "Şərqin etnoqrafiyası". Orada birbaşa qeyd edir ki, Kərkük türkmanları, Mosul türkmanları və yaxud Bəəlbək türkmanları, Suriya türkmanları, Hələb, Rakka türkmanları deyil, bunları azərbaycanlı adlandırmaq lazımdır. Niyə? Çünki adam o zaman keçmiş SSRİ-də olan, Azərbaycanda yaşayan əhali ilə tanış olduğuna görə, burada yaşayanlarla orada yaşayan azərbaycanlılar arasında hər hansı bir etnoqrafik fərq görmürdü".

Qeyd edək ki, min il türklərin hakim olduğu Mosulun İŞİD-dən geri alınması üçün 17 oktyabr 2016-cı il tarixində 36 ölkənin birləşmiş ordusu hərəkətə keçib. Hücuma Türkiyənin Başikada təlim keçdiyi "Neynəva keşikçiləri" qrupu da qatılıb.

Tarix
2016.10.24 / 13:29
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla