Yuxarı

İki ölkə lideri İlham Əliyevi təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Sizə Serbiya Respublikası vətəndaşları adından və şəxsən öz adımdan səmimi təbriklərimi, ölkənizin çiçəklənməsi naminə ən xoş arzularımı çatdırmaqdan böyük şərəf duyuram.

Cənab Prezident, ötən 25 il ərzində ölkənin yenidən qurulması və iqtisadi potensialının möhkəmlənməsi, həmçinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə nüfuzunun artması istiqamətində verdiyiniz olduqca böyük töhfə sayəsində çox əhəmiyyətli nəticələr əldə edilib.

Böyük məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasındakı münasibətlər yüksək səviyyədədir və daim inkişaf edir. Xalqlarımız arasındakı qarşılıqlı anlaşma, hörmət və həqiqi dostluq əlaqələri ölkələrimizin strateji münasibətlərinin və əməkdaşlığının gələcək inkişafı üçün möhkəm zəmin yaradır.

Əminəm ki, Belqraddakı növbəti görüş iki ölkə arasındakı qarşılıqlı anlaşmanın bütün sahələrində mövcud olan əlaqələrin və əməkdaşlığın gələcək inkişafına güclü təkan verəcək.

Həmçinin fürsətdən istifadə edərək dost Azərbaycan xalqına və şəxsən Sizə, cənab Prezident, Serbiya Respublikasının ərazi bütövlüyü və suverenliyi naminə göstərdiyiniz prinsipial dəstəyə və Serbiyanın cənub vilayəti – Kosovo və Metoxiyanın birtərəfli qaydada elan etdiyi müstəqilliyin tanınmaması ilə bağlı göstərmiş olduğunuz ardıcıl mövqeyə görə təşəkkürümü bildirmək istərdim.

Zati-aliləri, möhkəm cansağlığı və xoşbəxtlik, işlərinizdə uğur diləklərimlə birlikdə, Sizə bir daha dərin ehtiramımı çatdırıram", - təbrikdə qeyd edilir.

***

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab Prezident,

İcazə verin, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Sizə təbriklərimi çatdırım.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iyirmi beş il ərzində Sizin ölkə əhəmiyyətli sosial və iqtisadi dəyişikliklərlə üzləşib. Azərbaycan bu dəyişikliklər nəticəsində əldə etdiyi nailiyyətləri ilə haqlı olaraq Cənubi Qafqaz regionunda aparıcı ölkə kimi tanınır.

Mən məmnuniyyətlə bildirirəm ki, bizim ikitərəfli münasibətlərimiz təkcə dostluq xüsusiyyətləri ilə xarakterizə olunmur, həmçinin strateji səviyyədə inkişaf edib.

Hörmətli cənab Prezident, icazə verin, Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayım", - təbrikdə vurğulanır.

Tarix
2016.10.24 / 18:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla