Axar.az
Yuxarı

Axar.Az Logo

Yəhudi deputat: “İsrail Qarabağ münaqişəsinin...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail və Azərbaycan arasında bu gün çox yaxşı, isti əlaqələr var. Azərbaycana ilk səfərim zamanı bunun şahidi oldum. Bu, yəhudilərə olan münasibəti göstərir və bu, çox vacibdir. Bunu görürük və dəyər verməyi də bacarırıq.

Bunu Knessetin deputatı, Yeş Atid Partiyasının üzvü Yoel Razvozov Report-a açıqlamasında deyib.

"Müzakirə və əməkdaşlıq edə biləcəyimiz bir çox sahələr var", - deyə, o bildirib.

Deputat İsrail və Azərbaycanın idman sahəsində uğurla əməkdaşlıq edə və təcrübə mübadiləsi həyata keçirə biləcəklərini düşünür.

Y.Razvozov əlavə edib ki, iki ölkə neft- qaz sahəsindən başqa, həm də kənd təsərrüfatı sektorunda əməkdaşlıq edə bilər. "Azərbaycan bizim üçün çox əhəmiyyətlidir", - deyə, deputat vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışan Knessetin üzvü İsrailin həmişə qan axıdılmasının əleyhinə, məsələnin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib. Bununla yanaşı, Y.Razvozov İsrailin beynəlxalq münaqişələrlə bağlı məsələlərdə həmişə neytrallığı qoruduğunu qeyd edib və misal kimi Ukrayna-Rusiya münaqişəsini göstərib.

Qondarma "erməni soyqırımı" məsələsinin bir neçə dəfə Knesset komitəsində müzakirəyə çıxarılması barədə danışan deputat bu məsələnin gündəmdə olmadığını və heç olmayacağını söyləyib:

"Göstərməyə fakt olmasını xoşlayıram. Qoy qondarma soyqırımı məsələsi ilə tarixçilər məşğul olsun. Azərbaycan bizim dostumuzdur. Xocalı ilə bağlı sərgidə iştirak etmişdim. Həmin şəkillərə baxmaq çox ağrılı idi".

Tarix
2016.10.25 / 12:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan elan etdi: "Polad inqilab" baş verdi

XİN rəhbərindən sərhəd xətti ilə bağlı - Açıqlama

Rusların ekzitpol nəticəsi şok etdi: Köçəryan 41%?

Bu məqsədlə "Qubadlı" diviziyasına getdik - General

RİA da Köçəryana görə aktivləşdi: Xaos başlayır!

Seçim günü gəldi: Paşinyan necə qalib gələcək?

Köçəryan bu gün seçkiləri udarsa... – Bakıya daha bir şans

Dağıstandan Bakıya aviareyslər açılır

Altınalandan Cıdır düzü ilə bağlı paylaşım - Foto

Prezident təsdiqlədi, sığorta şəhadətnaməsi ləğv olundu

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla