Yuxarı

Böyük aktyorun qardaşı oğlu cinlər diyarında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böyük aktyorun qardaşı oğlu cinlər diyarında

1974-cü ildə incəsənət universitetinə daxil oldum, bir il oxudum. Həmin ilin yay aylarında Hamlet gəlmişdi. Əmilərim onunla söhbət edəndə soruşdular nə iş görürsən? O da dedi, Əlisəttar Atakişiyev bir film çəkir: "Qərib cinlər diyarında".

Axar.az xəbər verir ki, bunu "Qərib cinlər diyarında" filmində baş rolu canlandıran Bəxtiyar Xanızadə filmdə Qərib obrazına necə seçildiyi haqda ARB TV-də yayımlanan "Ömrün fəsilləri" verilişində danışarkən deyib. O, film rejissorlarının onu məcburən seçdiklərini bildirib:

"Əmilərim maraqlandı ki, mövzu nədir? O da danışdı. Amma dedi ki, problemimiz var. Film çəkilir, di gəl Qəribi hələ tapmayıblar. Onda əmim dedi ki, Bəxtiyar oxuyur da birinci kursda. Apar onu, qoy çəkilsin. Hamlet də mənə dedi ki, sabah gəl kinostudiyaya.

Səhər kinostudiyaya getdim. Qapıda özümü təqdim elədim. İkinci rejissor Əşrəf Mamayev endi aşağı və dedi ki, zəhmət çəkib gəlmisən, ancaq artıq lazım deyilsən, bir nəfəri tapmışıq, get evə. Mən də gəldim evə. Üstündən iki gün keçdi. Dənizə getməyə hazırlaşanda qapıda qara "Volqa" dayandı. Dedi "Bəxtiyar burada yaşayır?". Dedim, mənəm. Dedi ki, min maşına. "Hara? –Kinostudiyaya". Mindirdilər maşına, gəldik kinostudiyaya. Əvvəlcə saldılar kostyum, daha sonra qrim otağına və beləliklə birinci çəkiliş başladı.

Tapdıqları adamda hansısa texniki səhv olub və onu bəyənməyiblər. Onda deyiblər ki, ya filmi təhvil ver, ya da aktyor tap, sabah çəkilişlərə başla. Beləcə, məni məcburi şəkildə o film üçün seçdilər".

Qeyd edək ki, "Qərib cinlər diyarında" filmi 1974-cü ildə çəkilib, 1977-ci ildə isə ekrana buraxılıb. Filmin rejissoru Əlisəttar Atakişiyevdir. Sözügedən filmdə baş rolun ifaçısı - Qərib obrazını canlandıran Azərbaycanın xalq artisti Bəxtiyar Xanızadə Azərbaycanın əməkdar artisti Hamlet Xanızadənin qardaşı oğludur.

Tarix
2016.10.31 / 15:16
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Kral III Msvati Bakıya gəldi

Aleksandr Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla