Yuxarı

Bakı İrəvanı buna məcbur etdi: bəhanə faydasızdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycanın çox düşünülmüş və cəsarətli addımları qarşısında manevrlərini dəyişmək məcburiyyətində qalıb.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Azərbaycanın İrəvanın manevr imkanlarını heçə endirən istənilən qədər arqumenti var:

"Bundan əvvəl danışıqlardan çəkildiklərini, Kazan prinsiplərinin onlar üçün əlverişli olmadığını bəhanə gətirən İrəvan Azərbaycan ordusunun gücünü gördükdən sonra Dağlıq Qarabağla bağlı müzakirələrə başlayıb. Azərbaycanın gücü bir-iki aydan sonra bir neçə dəfə də artacaq. Belə bir şəraitdə konstitusion quruluşu dəyişib, ölkəni parlament sisteminə keçirmək və beləliklə də baş nazir olmaq iddiasına düşən Sərkisyan əvvəl əhalini müharibə təhlükəsi ilə qorxudurdusa, Azərbaycanın genişmiqyaslı təlimləri vəziyyəti bir qədər dəyişib".

Politoloq deyib ki, Sərkisyan bu dəfə ictimaiyyəti saxta döyüş vədləri ilə aldada bilməyəcək:

"Hazırda ermənilər arasında Ermənistan ordusunun çürüyüb, rus ordusunun tərkibinə qarışması ilə bağlı fikirlər yayılmaqdadır. Yəni bu o anlama gəlir ki, yenidən danışıqlara qayıdırlar. Qondarma DQR-in danışıqlar prosesində iştirakının irəli sürülməsi də məhz bundan xəbər verir. Azərbaycan isə Bişkek protokoluna əsasən, atəşkəs imzasına Dağlıq Qarabağın erməni icması ilə yanaşı, Azərbaycan icmasının da qol çəkdiyini sübut edib. İrəvanın hər hansı bir qondarma uydurması indiki şəraitdə heç bir fayda verməyəcək. Bir sözlə, Ermənistan Azərbaycanın çox düşünülmüş və cəsarətli addımları qarşısında manevrlərini dəyişmək məcburiyyətində qalıb".

Qeyd edək ki, Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi plana əsasən, noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların və silahların idarəolunması sisteminin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçiriləcək. Təlimlərə 60 mindən artıq şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək sistemi cəlb ediləcək.

Tarix
2016.11.05 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla