Yuxarı

Türkiyəyə qarşı işğal planı: Qərb PKK və İŞİD-i...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumiyyətlə, HDP-nin bir partiya olaraq parlament səviyyəsinə qaldırılması demokratiyanın təzahürü kimi qələmə verilsə də, bu, bir siyasi səhvdir.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev danışıb. HDP-nin PKK ilə birbaşa əlaqəsinin olduğunu deyən ekspertin sözlərinə görə, son hadisə göstərdi ki, təşkilat müxtəlif dövlətlərdən alınan yardımlar hesabına Türkiyəyə qarşı gələcəkdə də törədiləcək partlayışlar üçün indidən mühüm zəmin hazırlayır:

"HDP-nin son zamanlar PKK qolu, Suriyada fəaliyyət göstərən PYD və Əsədi dəstəkləyən qüvvələrlə birbaşa əlaqəsinin olması şübhəsizdir. Bu gün PKK Türkiyə daxilində öz məqsədləri üçün HDP-dən çox məharətlə istifadə edir. Nəhayət, Dəmirdaşın və kürd deputatların həbsi ilə bu, bir məntiqi nöqtə kimi nəticələndi. Türkiyənin apardığı siyasət heç də kürdlərə qarşı deyil, PKK və PYD-yə qarşıdır. Burada Qərbin böyük qolları istifadə olunur. Çünki Diyarbəkirdə məhz polis idarəsinin qarşısındakı partlayışın PKK tərəfindən törədildiyi deyilsə də, İŞİD-in teraktı dolayı olaraq üzərinə götürməsi ona dəlalət edir ki, hətta PKK ilə İŞİD arasında da müəyyən əlaqələr var və bunlar eyni mərkəzdən idarə olunurlar".

Politoloq baş verən bütün bu proseslərin Türkiyə dövlətçiliyinə qarşı yönəldiyini bildirib:

"Məqsəd Türkiyənin sərhədləri yaxınlığında yeni bir dövlətin yaradılması olsa da, planda hətta Türkiyənin ərazisinin bir hissəsinin ələ keçirilməsi də yer alır".

Qeyd edək ki, noyabrın 4-də Türkiyədə terrorla bağlı aparılan istintaq çərçivəsində HDP rəhbəri Səlahəddin Dəmirdaş və bir sıra kürd deputatlar həbs ediliblər.

Bundan sonra isə HDP parlament fəaliyyətini dayandırıb.

Tarix
2016.11.08 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla