Yuxarı

Dünyanı iqtisadi sarsıntılar gözləyir – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya ciddi geosiyasi iqtisadi sarsıntılar və uzunmüddətli dərin böhran ərəfəsindədir.

Axar.az xəbər verirn ki, bu barədə hüquqşünas ekspert Əkrəm Həsənov yazıb. Onun sözlərinə görə, artıq Qərbin siyasi sistemi populistləşir və idarəolunmaz olur:

"Liberallar deyir ki, bütün dünyanın Qərb cəmiyyətinin başa düşdüyü tərzdə qəbul etməli olduğu hansısa ümumbəşəri dəyərlər mövcuddur. Liberalizm heç vaxt öz dəyərlərini demokratiyadan üstün hesab etdiyini etiraf etmir, onlar arasında ziddiyyətin ola bilməsini belə qəbul etmir. Lakin Breksit və Trampın qələbəsi bu təbliğatı alt-üst etdi. İngilis-sakson dünyası de-fakto liberalizmin əleyhinə səs verdi. Hətta gözümüzün qabağında dağılan ikipartiyalı siyasi sistem (xalq iradəsinin manipulyasiya aləti) də dadlarına çatmadı. Beləliklə, Qərbdə həqiqətən demokratiyanın olduğu mövqeyini qəbul etsək, məhz bu demokratiya liberalizmi qətlə yetirdi. Liberallar demokratik prinsiplərdən elə bərk-bərk yapışmışdı ki, özləri onların qurbanı oldu".

Ekspert bildirib ki, dünya iqtisadi modeli, xüsusən də onun özəyi olan maliyyə sistemi can üstədir:

"Qərbin əleyhdarları isə bildirir ki, orada heç bir demokratiya yoxdur və bütün prosesləri pərdə arxasından varlı elita idarə edir. Buna inansaq, həm Breksit, həm də Trampın qələbəsi - elitanın oyunudur. Bu, onlara niyə lazımdır? Artıq demokratiya və liberalizm belə dünyanın idarə olunmasına uyğun deyil, həmçinin elitanın özü üçün təhlükəlidir. Buna görə də ola bilər ki, demokratiyaya liberalizmi məhv etməyə imkan verməklə bunu qlobal problemlər ərəfəsində bilərəkdən hazırlayırlar".

Qeyd edək ki, 8 noyabrda ABŞ-da keçirilən prezident seçkisində Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp qələbə qazanıb.

Tarix
2016.11.10 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla