Yuxarı

Metrodakı söküntü zamanı insident - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metrodakı söküntü zamanı insident - Foto

Bu gün "Elmlər Akademiyası" metrosundakı ticarət köşkləri sökülüb.

"Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ticarət köşkləri sahiblərindən tez bir zamanda köşkləri sökmək tələb edilib. Söküntü prosesinə nəzarət edən polis əməkdaşları isə günün sonuna qədər obyektləri sökməyi və malların daşınması üçün tapşırıqlar verirlər.

Metronun "Memar Əcəmi" stansiyasında da ticarət köşklərinin bir hissəsi sökülüb.

Stansiyada olan ticarət köşklərinin sahibləri ayın 27-nə qədər ərazini tərk etməyəcəklərini bildiriblər. Müxbirimizin verdiyi məlumata görə, "Qara Qarayev" və "Memar Əcəmi" stansiyalarında olan köşk sahibləri ilə rəsmi şəxslər arasında kiçik insident yaranıb və məhz bundan sonra həmin ərazidə satış aparan şəxslərə daha bir neçə gün satışı davam etdirilməsi üçün icazə verilib.

Xatırladaq ki, 2 gün öncə Bakı Şəhər İcra Hakimiyyətindən ticarətçilərə martın 27-nə qədər satış apara biləcəklərini deyilmişdi.

Tarix
2014.03.16 / 22:48
Müəllif
Tural İbadov
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla