Yuxarı

Elnur Aslanov maliyyə hesabatlarını sildirir - Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident sərəncamı ilə vəzifəsindən azad edilən və barəsində Baş Prokurorluqda araşdırma aparıldığı söylənilən Elnur Aslanovun kurasiyasındakı ASAİF-in (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu ) əsas maliyyə qaynağı kimi Prezident yanında Gənclər Fondu göstərilir. Bu səbəbdən də ASAİF-in keçirdiyi tədbirlərə ayrılan vəsaitləri GF-nin rəsmi saytından götürmək istədik.

Lakin araşdırmamız zamanı məlum oldu ki, Gənclər Fondunun rəsmi saytında hesabatlar bölümü açılmır. Saytın "keçirilən tədbirlər" bölməsində hesabatlar bölümü olsa da, orada keçirilən tədbirlərə ayrılan vəsaitlər haqqında heç bir məlumat yoxdur.

Xatırladaq ki, Prezidentin yanında formalaşan digər qurumlar - Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəsmi saytlarında hesabatlarla bağlı bütün bilgiləri asanlıqla əldə etmək mümkündür.

Texniki problemdir?

Problemin səbəbini öyrənmək üçün Gənclər Fondu ilə əlaqə saxladıq.

Fondun mətbuat xidmətinin rəhbəri Aynurə Həsənzadə "Axar.az"a bildirdi ki, Gənclər Fondunun rəsmi internet saytının (http://youthfoundation.az) hesabatlar bölümündə yaranmış problemi əvvəlcə yeniliklərlə əlaqələndirdi: "Hesabatlar bölümündə yeniliklər edildiyi üçün problem yaranıb. Texniki problemdir, tezliklə aradan qaldırmağa çalışacağıq".

Saytdakı problemdən xəbərsiz olduğunu söyləyən Fond rəsmisinin sözlərinə görə, saytın hesabatlar bölümündə problem təzəlikcə yaranıb: "Saytda və bölmələrdə heç bir problem yoxdur. Problem bu günlərdə yaranıb. Tezliklə həll ediləcək".

Amma maraqlıdır ki, qısa müddətdən sonra problemin həll edilib-edilmədiyini aydınlaşdırmaq üçün yenidən sayta daxil olduqda və hesabatları götürmək istədikdə bəlli oldu ki, Gənclər Fondunun "hesabatlar" bölümü ümumiyyətlə silinib.

İndiki məqamda GF-in saytının heç bir bölümündə deyil, məhz hesabat bölümündə "texniki problemin" yaranması və hesabatların silinməsi təbii ki, diqqət çəkməyə bilməz.

Araşdırmaları davam etdirməyə çalışırıq.

Tarix
2014.03.18 / 12:50
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla