Yuxarı

Poroşenko azərbaycanlı konsulu təltif etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Ukraynanın yüksək dövlət ordeninə layiq görülüb.

Trend-in məlumatına görə, Ukrayna Prezidenti Pyotr Poroşenkonun sərəncamına əsasən Ukraynada aqrar islahatların inkişafında yüksək xidmətləri olan bir qrup şəxs "Dövlətə xidmət ordeni" ilə təltif olunub.

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov Sumı vilayətində həyata keçirilən aqrar islahatların və aqrosənaye komplekslərinin inkişafındakı səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Dövlətə xidmət ordeni"nə layiq görülüb. Prezidentin sərancamında qeyd olunub ki, Sumı vilayətində aqrar sektorun inkişafındakı səmərəli fəaliyyətinə görə Əfqan Fəqan oğlu Salmanov 3-cü dərəcəli "Dövlətə xidmət ordeni" ilə təltif edilsin.

Qeyd edək ki, 1992-ci ildən Ukraynada yaşayan Ə.Salmanov Sumı vilayətində nümunəvi aqrosənaye kompleksi yaradaraq, bölgədə aqrar islahatların həyata keçirilməsinə səmərəli töhfələr verib. O, Ukrayna Beynəlxalq Reytinq Akademiyasının Ali Şurasının qərarına əsasən 2010-cu ildə Sumı vilayəti, 2013-cü ildə isə Ukrayna üzrə "Nüfuzlu aqrar işçisi - İlin adamı" nominasiyasına layiq görülüb. Bölgənin sosial-iqtisadi inkişafında yaxından iştirak edən həmyerlimiz beşinci və 6-cı çağırış Sumı Vilayət Şurasının deputatı seçilib.

Xatırladaq ki, Azərbaycanla Ukrayna arasındakı iqtisadi, mədəni, elmi, texniki əlaqələrin inkişafında səmərəli xidmətləri olan Ə.Salmanov 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu təyin olunub.

Tarix
2016.11.21 / 12:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla