Yuxarı

Bakını döyüşlərdə müdafiə edən ispanların ailələri - Azərbaycanda

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Dünya müharibəsi zamanı Bakının müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş ispan pilotlarının ailə üzvləri noyabrın 25-30-da İspaniyanın Aviatorlar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanda səfərdə olacaqlar.

Axar.az xəbər verir ki, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovla görüşən assosiasiyanın prezidenti Akilino Mata bildirib ki, 1936-1939-cu illərdə İspaniyada vətəndaş müharibəsi zamanı SSRİ rəhbərliyinin müvafiq qərarına əsasən, bu ölkədəki respublikaçılara dəstək məqsədilə Azərbaycanın Gəncə şəhərində təlim mərkəzi yaradılmışdı. 30 saylı məktəbin bazasında yaradılmış bu mərkəzdə ispan pilotlarından ibarət iki qrup təhsil alıb. İlk təlim qrupunun Azərbaycana səfərinin 80 illiyi və İkinci Dünya müharibəsində Bakının müdafiəsində iştirak etmiş ispan pilotlarının həlak olmasının 75-ci ildönümü münasibətilə həmin pilotların ailə üzvlərindən ibarət bir qrupun noyabrın 25-30-da Azərbaycana səfəri nəzərdə tutulur.

Səfər çərçivəsində, həmçinin Gəncədə yerləşən bu mərkəzə Bakının müdafiəsi zamanı həlak olmuş ispan pilotlarının şərəfinə xatirə lövhəsinin təqdim edilməsi, 1942-ci ildə Bakıda təyyarə qəzasında həlak olmuş pilot Manuel Sarausa Klaveronun məzarının ziyarət edilməsi də planlaşdırılır.

Tarix
2016.11.25 / 18:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla