Yuxarı

Azərbaycanın İrandan böyük gözləntisi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün hallarda İrandan ən böyük gözləntimiz Tehranın Ermənistan siyasətində Azərbaycanın maraqlarını ön planda tutmasıdır.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb.

Siyasi şərhçiyə görə, hazırda İranla Azərbaycan arasında reallaşacaq layihələr iki ölkə arasındakı əlaqələri daha üst səviyyəyə qaldıracaq:

“Birincisi, Astara-Astara dəmiryol xəttidir ki, bu dəhliz Cənubla Şimalı birləşdirir və tikintisinin bu ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.

İkincisi, sonrakı mərhələdə Astara-Rəşt dəmiryol xəttinin tikintisidir. Bu xəttin uzunluğu 160-170 km-dir. Bu dəmiryol xətti İran ərazisində bəzi yerlərdə insanların evlərindən, təsərrüfatlarından keçəcəyi üçün texniki məsələlərin həlli vaxt aparacaq.

Üçüncüsü, Bakı yaxınlığındakı Pirallahı qəsəbəsində dərman zavodunun tikintisidir. Bundan başqa, Azərbaycanda İrana bağlı xəstəxana da olarsa, iranlı həkimlər Azərbaycana gələcəklər.

Dördüncüsü, Neftçalada İranla Azərbaycanın birgə fabrikinin işə başlamasıdır. Bu zavodda İran avtomobillərinin istehsalı nəzərdə tutulub.

Bu layihələrin reallaşması bu gün Bakıda İran-Azərbaycan hökumətlərarası iqtisadi komissiyanın iclasında müzakirə olunacaq. Komissiyada prezidentlərin növbəti görüşünün proqramı da hazırlanacaq”.

Politoloq bildirib ki, İranla artan əməkdaşlığa baxmayaraq, Tehranın İrəvanla əlaqələri Azərbaycanı əvvəlkitək narahat edir:

“Yaxın günlərdə İran prezidentinin Ermənistana səfəri, orada keçirəcəyi görüşlər və imzalanacaq sazişlər Bakıda müzakirə predmeti olacaq. İran-Azərbaycan regional əməkdaşlığı İran-Ermənistan əməkdaşlığını üstələyir. Bütün hallarda, İrandan ən böyük gözləntimiz Tehranın Ermənistan siyasətində Azərbaycanın maraqlarını ön planda tutmasıdır”.

Tarix
2016.11.28 / 12:52
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla