Yuxarı

Lukaşenko nədən Azərbaycanı seçir - Analiz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasi müstəvidə Azərbaycanla Belarus arasındakı münasibətlərdə müsbət tendensiya davam edir.

Axar.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenkonun Bakıya səfərini şərh edən politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi bildirib ki, rəsmi Bakı Qarabağ məsələsində Belarusun Azərbaycana verdiyi dəstəkdən məmnundur:

“Belarus KTMT-də Ermənistanın müttəfiqi sayılsa da, ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir. Lukaşenko Azərbaycan-Ermənistan qarşıdurmasına praqmatik nöqteyi-nəzərdən yanaşır. Çünki o, bilir ki, Azərbaycanla Ermənistana eyni münasibət göstərsə, rəsmi Bakı ilə iqtisadi və ticarət əməkdaşlığının miqyasını artıra bilməyəcək. Lukaşenkoya isə hazırda məhz yeni bazarlar lazımdır. Belarus prezidentinin Azərbaycana səfəri də məhz bu faktorla bağlı idi. Digər tərəfdən, Belarusla Azərbaycan arasında ortaq müəssisələrin yaradılması aktualdır”.

Politoloqun fikrincə, Belarus və Rusiya müttəfiq sayılmasına və Avrasiya İqtisadi Birliyi adında ortaq bazarlarının olmasına baxmayaraq, Minsk narazıdır:

“Lukaşenko haqlı olaraq deyir ki, “bu necə müttəfiqlik və ortaq bazardır ki, Belarus məhsullarını Rusiya bazarına buraxmırlar”. Lukaşenko ona işarə vurur ki, Rusiya Belarusun yeyinti məhsullarının yüksək keyfiyyətindən və aşağı qiymətindən çəkinir. Belarus mallarını Avropaya da çıxış imkanları yoxdur. Ona görə də Lukaşenko məcburən kiçik bazarlar axtarışına çıxıb. Bu baxımdan kasıb Ermənistan Lukaşenko üçün maraqsızdır. Ona görə də Lukaşenko Azərbaycanla Ermənistan arasındakı münaqişədə birincinin tərəfini seçib. Belarusla Azərbaycan arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir”.

Politoloq bildirib ki, Lukaşenko son zamanlar Rusiyanın Belarusa münasibətdə enerji siyasətindən narazıdır və alternativ imkanlar axtarır:

“Ancaq Belarus Azərbaycan neftini hansı yolla ala bilər və qiymət baxımından bu hər iki ölkənin maraqlarına cavab verəcəkmi, sualı, hələ ki, açıq qalır. Buna baxmayaraq, Lukaşenko Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstana və Ukraynaya qoyduğu yatırımların onun ölkəsinə istiqamətlənməsinə də ümidlidir”.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrın 28-də Azərbaycana rəsmi səfərə gəlib. İki ölkə arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq proqramının həyata keçirilməsi üzrə tədbirlər planı, kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı üçün hərtərəfli əməkdaşlıq proqramı, eləcə də digər bir sıra sənədlər imzalanıb.

Tarix
2016.11.30 / 09:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla