Yuxarı

Şeyx Ruhani və Xamenei ilə görüşəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti dekabrın 2-də İran İslam Respublikasına səfər edəcək.

QMİ-dən Axar.az-a verilən məlumata görə, nümayəndə heyətinə Ali Dini Şuranın üzvləri olan, Rusiya Federasiyasının Şimali Qafqaz subyektlərinin müftiləri, habelə Qafqaz Müsəlmanları İdarəsi Sədrinin 1-ci müavini, müfti Salman Musayev və digər əməkdaşlar daxildir.

Səfər zamanı Şeyxülislam və heyət üzvləri paytaxt Tehranda İran prezidenti Həsən Ruhani, Parlament sədri Əli Laricani, İslam İşləri və İrşad məsələləri üzrə nazir Əbuzər Torkeman ilə yüksək səviyyədə görüşlər keçirəcəklər. Nümayəndə heyəti eləcə də Məşhəd və Qum şəhərlərinə səfər edəcək və orada İranın yüksək rütbəli dövlət və din xadimləri ilə görüşəcək.

Nümayəndə heyətinin İranın Ali rəhbəri Ayətullah əl-Uzma Seyyid Əli Xamenei ilə görüşü nəzərdə tutulub.

Səfər proqramının mühüm bəndlərindən biri dekabrın 1-də Bakıda keçirilən “Qafqazda Dini Tolerantlıq Ənənələri və Azərbaycanın Multikulturalizm Modeli” konfransının davamı olacaq. Konfransın İran hissəsi İslami Məzhəblərin Yaxınlaşması Təşkilatının dəstəyi ilə keçiriləcək.

Səfər proqramı çərçivəsində Qafqaz Xalqları Ali Dini Şura və Qafqaz Müsəlmanları İdarəsinin birgə nümayəndə heyəti Məşhəd şəhərində İmam Rza (ə) ziyarətgahında da olacaq.

Tarix
2016.12.01 / 19:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Fidanla görüşdü

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla