Yuxarı

Azərbaycandakı inkişaf göz qabağındadır - Markov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunan "Rusiya-Azərbaycan münasibətləri: 25 il dostluq və qarşılıqlı faydalı əməkdaşlıq" adlı dəyirmi masa keçirilib.

APA-nın verdiyi məlumata görə, "Parlamentskaya qazeta"da keçirilən tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Federasiya Şurasının üzvü İqor Morozov, Dövlət Dumasının deputatı Dmitri Savelyev, Rusiya siyasi Araşdırmalar Mərkəzinin direktoru, politoloq Sergey Markov və digər siyasi ekspertlər və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan S. Markov Azərbaycanın müstəqilliyinin ilk illərində təlatümlü dövr keçirdiyini bildirib, bu dövrün Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bitdiyini bildirib: "Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan inkişafa qədəm qoydu. İlham Əliyevin hakimiyyətə gəlməsi ilə isə bu inkişaf daha da sürətləndi. Bu gün qonşu Azərbaycanda gedən sürətli inkişaf göz qabağındadır. Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilib".

P. Bülbüloğlu isə Azərbaycan-Rusiya münasibətləri tarixinin 200 ildən çox müddəti əhatə etdiyini söyləyib: "Bu illər ərzində bir-birimizi daha yaxşı tanıyırıq, bu gün 2 milyona yaxın azərbaycanlı Rusiyada yaşayır. Cənubi Qafqazda ən böyük rus diasporu isə Azərbaycandadır".

Azərbaycanın müstəqilliyinin bərpası tarixindən danışan səfir qeyd edib ki, sovet dövründə baş verənlərin hamısını qaralamaq düzgün deyil: “Əlbəttə ki, uzun illər imperiyanın, sonradan SSRİ-nin tərkibində olmuş bir respublika üçün müstəqil siyasət yürütmək asan deyildi. Ancaq tarix göstərdi ki, bu, mümkündür və müstəqil Azərbaycanın Rusiya ilə qurduğu bərabərhüquqlu münasibətlər buna misaldır”.

Səfir bildirib ki, təkcə son bir neçə gündə Azərbaycan və Rusiyanın məsul şəxslərinin qarşılıqlı səfərləri bu münasibətlərin intensivliyindən xəbər verir.

P. Bülbüloğlu mütəmadi keçirilən Azərbaycan-Rusiya regional forumlarının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Rusiya Federasiyasının regionları ilə əlaqələrin genişləndirilməsi iki ölkənin prezidentlərinin dəstəyi ilə keçirilir: "Bundan başqa Azərbaycan və Rusiya prezidentlərinin himayəsi ilə hər il Bakı Humanitar Forumu keçirilir. Bir növ intellektual Davosa çevrilmiş bu forumda qlobal məsələlər müzakirə olunur".

Dünyada baş verən proseslərdən söz açan diplomat qeyd edib ki, Azərbaycanla Rusiya arasında sabit münasibətlər bu baxımdan olduqca əhəmiyyətlidir: "Azərbaycan Cənubu Qafqazın ən böyük respublikasıdır və ölkəmiz qonşu ölkələrlə ən sıx əməkdaşlıq əlaqələri qurub. Yeganə qonşumuz, hamınızın bildiyiniz kimi, Ermənistandır ki, onun Azərbaycana qarşı təcavüzkar siyasəti sayəsində respublikamız ərazilərinin 20 faizini itirib, 1 milyona yaxın qaçqın və məcburi köçkün var. Əlbəttə, bu münaqişə Azərbaycan iqtisadiyyatına böyük yükdür. Dünya ictimaiyyətinin bütün səylərinə baxmayaraq, Ermənistan hakimiyyətinin qeyri-konstruktiv fəaliyyəti üzündən bu problem həllini tapmır. Ermənistan BMT və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri icra etmir".

Səfir aprel hadisələri barədə də məlumat verib . O qeyd edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

"Azərbaycan müstəqilliyi uğrunda vətəndaşlarının qanı bahasına mübarizə aparıb. Hamımız 1990-cı ilin 20 yanvar faciəsini yaxşı xatırlayırıq. Bu hadisə Azərbaycan xalqının həyatında dönüş nöqtəsi oldu. Hətta ən loyal insanlar belə anladılar ki, vətəndaşlarını tanklar altına bir hakimiyyətin rəhbərliyi altında yaşamaq mümkün deyil", - deyə diplomat qeyd edib.

Rusiya Federasiya Şurasının üzvü İqor Morozov isə iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına toxunan rusiyalı senator bildirib ki, bu münaqişə tez bir zamanda həll olunmalıdır: "Bu münaqişə uzun müddət dondurulmuş vəziyyətdə saxlanıla bilməz. Bu münaqişə tez bir zamanda həll olunmalıdır. Çünki dinc dövrdə dinc insanlar həlak olur. Terrorçuluğun tüğyan etdiyi dövrdə regional münaqişələrin olması daha böyük təhlükə daşıyır".

İki ölkə arasında münasibətlərdən danışan İ. Morozov bildirib ki, bu gün münasibətlər yaxşı səviyyədədir: "Lakin biz Azərbaycanla münasibətlərin daha çoxtərəfli olmasını istəyirik".

Təhsil sahəsində əlaqələrdən danışan İ. Morozov Rusiyada Azərbaycandan 14 min tələbənin təhsil aldığını bildirib: "Bu çox böyük rəqəmdir. Rusiyada təhsil alan Azərbaycandan olan tələbələr əcnəbi tələbələrin 10 faizindən çoxunu təşkil edir".

Tarix
2016.12.08 / 21:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla