Yuxarı

Bakıda intihar edən şəxsin cibindən məktub çıxdı - Yeniləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami rayonunda intihar hadisəsi baş verib.

"Axar.az" "Vesti.az"a istinadən xəbər verir ki, rayonun Qafqaz küçəsində əslən Naxçıvandan olan, 3 uşaq atası Zeynalov Aslan Valeh oğlu özünü asıb.

Yaxınları onun cəsədini yaşadığı evin zirzəmisindən tapıblar.

A.Zeynalov Nizami Rayon İcra Hakimiyyətində küçə-yol şəbəkəsinin təmizlənməsi şöbəsinin müdiri olub.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən "Axar.az"a verilən məlumatda bildirildi ki, onlarda nə küçə-yol şəbəkəsinin təmizlənməsi şöbəsi var, nə də belə bir adam işləyir.

17:19

Bakının Nizami Rayon İcra Hakimiyyətinin işçisi Aslan Valeh oğlu Zeynalovun intiharı ilə bağlı yeni məlumat yayılıb.

ANS xəbər verir ki, intihar edən şəxs İcra Hakimiyyətinin şöbə müdiri deyil, fəhlədir və kasıbçılıqdan özünə qəsd edib.

Araşdırmalar zamanı onun cibindən məktub da tapılıb. Övladlarına xitabən yazılan məktubda bildirilir:

"Mən sizə yaxşı ata ola bilmədim. Hər şeyi ananıza danışmışam. Sizdən halallıq istəyirəm. Məni bağışlayın. Əlvida!"

Tarix
2014.03.28 / 17:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla