Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 İyun 2018


“Ərdoğanın qələbəsi iğtişaşlara səbəb olacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İndiki məqamda Türkiyə cəmiyyəti üçün AKP-nin qalib gəlməsi daha faydalı nəticədir".

Bu sözləri "Axar.az"a açıqlamasında millət vəkili Fazil Mustafa Türkiyədəki seçki nəticələrini şərh edərkən bildirdi. Onun sözlərinə görə, bu gözlənilən nəticə idi:

"2009-cu ilin bələdiyyə seçkilərindən təxminən 6-7 faiz daha yüksək nəticə göstərildi. Əsas məsələ böyük şəhərlərin əldə saxlanılması idi. Gözlənilən nəticə oldu. Deyərdim ki, heç bir surpriz olmadı. İctimai rəy sorğuları da özünü təsdiqlədi".

Deputatın fikrincə, seçki nəticələri göstərdi ki, xarici qüvvələrin Ərdoğana qarşı təşkil etdikləri kompramatlar əks-effekt verdi: "Türkiyə cəmiyyəti nə qədər siyasiləşsə də, partiyalar üzrə bölünsə də, seçkilərdə daha çox xidmətə üstünlük verdiklərini nümayiş etdirdilər. Kim daha yaxşı bələdiyyəçilik anlayışı ilə vətəndaşın marağını təmin edirsə, cəmiyyət də ona meyl edir. Hamı bu dəfə AKP-nin korrupsiya məsələsində çox ittiham olunacağını gözləyirdi. Ancaq əhali xeyli anlayış göstərdi. Çünki cəmiyyət anlayır ki, dövlət səviyyəsində korrupsiya olsa da, bu, əhalinin cibinə girən korrupsiya deyil".

F.Mustafa hesab edir ki, seçki nəticələri Türkiyədə növbəti iğtişaşlara səbəb ola bilər:

"Türkiyədə son aylar baş verən hadisələr daha da böyüyə bilər. İqtidarın dəyişməməsi hakimiyyəti dəyişmək üçün narazı elektoratın başqa yollara əl atmasına səbəb olacaq. Ancaq ümid edək ki, nəticələr Türkiyəyə sabitlik gətirəcək".

Qeyd edək ki, dünən Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Nəticələrə görə, AKP səs çoxluğu ilə liderdir.

Tarix
2014.03.31 / 11:07
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Qərb Ərdoğanın qələbəsini “satın alır” – Sensasiya

Paşinyanın Qarabağda 2 hədəfi: Ordumuza fürsət...

Belarus Bakıya görə İrəvana qapını göstərdi

Qriqoryan həbs edildi: Bakı AŞ-a çağırış etdi

Paşinyan Bakını müharibəyə sürükləyir – Zülfüqarov

Paşinyanın cəbhəyə gəlmə səbəbi: Bakı zərbəyə hazırlaşır?

Paşinyanın Qarabağda nə iti azıb? – Ekspert

Tarlada növbəti kütləvi zəhərlənmə: nə baş verir?

Nikol Sərkisyanla ittifaq qurdu: İrəvan hərb yolunu seçir – Şərh

Bələdiyyə torpaqlarının alğı-satqı proseduru ilə bağlı - Tələblər

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla