Yuxarı

Türkiyə ilə bağlı sensasion plan: Karlovun ölümü...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Açıq-aşkar Rusiya və Türkiyəni qarşı-qarşıya gətirmək istəyirlər.

Bunu Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi və bu hadisənin Rusiya-Türkiyə-İran xarici işlər nazirlərinin Moskva görüşü ərəfəsinə təsadüf etməsi ilə bağlı Axar.az-a danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Karlovun ölümünü birbaşa Rusiya-Türkiyə münasibətlərinə qarşı sui-qəsd adlandırıb:

“Bu hadisənin Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli Moskva görüşü ərəfəsinə təsadüf etməsi bölgədə etimadsızlıq mühiti yaratmaq və daha çox Türkiyəyə zərər vurmaq məqsədi daşıyır. Eyni gündə Amerikanın Türkiyədəki səfirliyində sui-qəsd cəhdi isə bu işin arxasında çox böyük bir şəbəkənin durduğunu göstərir. Çünki yalnız Türkiyənin pisliyini istəyən qüvvələr belə xain hərəkətə yol verərdi. Vaxtilə I Dünya müharibəsinin başlamasına səbəb də Avstriya şahzadəsi Frans Ferdinandın öldürülməsi olmuşdu. Açıq-aşkar Rusiya və Türkiyəni qarşı-qarşıya gətirmək istəyirlər”.

Politoloq bildirib ki, eyni gündə baş verən üç hadisə - Karlovun ölümü, Amerikanın Türkiyə səfirliyinə hücum cəhdi və Rusiyada daha bir yüksək rütbəli məmurun qətlə yetirilməsi çox uzaqlara gedən nəticələr çıxarmağa əsas verir:

“Görünür, Rusiya və Türkiyə əleyhinə müəyyən qruplaşmalar hərəkətə keçib. Ən maraqlısı isə odur ki, hadisələr baş verən gün BMT-də Rusiyanın Krımdakı insan haqları ilə bağlı məsələ qaldırılıb və qəbul edilib. Bölgədə çox ciddi hadisələr cərəyan edir və bunun bir qismi Rusiyanın özü və yeritdiyi siyasətlə bağlıdır. Rusiyanın Hələbdə qətliama yol verdiyinə dair müddəaları da buraya əlavə ediblər. Artıq bir sıra Qərb dövlətləri bu məsələnin BMT səviyyəsində müzakirəsini istəyir və Rusiyanın Suriyada iri miqyaslı əməliyyat siyasəti həyata keçirdiyini qeyd edirlər. İndi bu məsələnin məhz Ankarada düyünlənməsi və Türkiyəni prosesə cəlb etmək planının iflasa uğraması xəyal qırıqlığına səbəb olub. Bu aksiya bir tərəfdən Rusiya əleyhinə yönəlsə də, digər tərəfdən anti-Türkiyə xarakteri daşıyır”.

Q.Hüseynli hazırda məlum hadisədən dolayı bir sıra ölkələrin Türkiyədəki səfirliklərini bağlamasına da münasibət bildirib: “Bəziləri bunu təhlükəsizlik nöqteyi-nəzərindən etsə də, bəzilərinin müəyyən məsələlərdə iz qoymamaq üçün ümumi addımlara qoşulması istisna edilmir”.

Qeyd edək ki, ötən gün Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Ankarada qətlə yetirilib.

Tarix
2016.12.21 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla