Yuxarı

Türkiyədəki seçkilərə saxtakarlıq ittihamı – Şok foto/Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkilərində saxtakarlığa yol verildiyi ilə bağlı ittihamlar səslənməyə başlayıb.

"Axar.az" xəbər verir ki, səslərin sayılması zamanı işıqların söndürülməsinə görə yaranan şübhələrin ardınca indi də bülletenlərin yandırılması və səslər sayılarkən yekun protokolda düzgün qeyd aparılmamasını əks etdirən fotolar yayılıb.

Sosial şəbəkədə paylaşılan və müzakirələrə səbəb olan fotoda isə bir neçə seçki məntəqəsində bələdiyyə seçkilərinin açıq şəkildə hakim partiya təmsilçisinin xeyrinə saxtalaşdırıldığı öz əksini tapıb.

Xatırladaq ki, Türkiyədə "seçkilərin saxtalaşdırılması" ilə bağlı ittiham demək olar ki, heç zaman səslənmir və bu fotofaktların da anti-təbliğat vasitəsi kimi quraşdırıldığı və sosial şəbəkələrdə yerləşdirildiyi istisna deyil. Çünki hələlik əsas müxalifət partiyaları bununla bağlı ittihamlar səsləndirməyiblər. Amma hazırda yekun protokolların müəyyən dairə və məntəqələrdə düzgün hazırlanmaması şübhəsinə görə Türkiyənin bəzi seçki dairələrində səslərin yenidən sayılmasına qərar verilib.

Tarix
2014.04.01 / 11:50
Müəllif
Gülər Nəsibova
Şərhlər
Digər xəbərlər

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla